Müxalifət Cümhuriyyətin 100 illiyini birgə qeyd etdi

"MÜSAVAT" PARTİYASININ TOPLANTISINDA ÇIXIŞIM (27 may 2018, Cümhuriyyət-100)

Cümhuriyyət günu məni "Müsavat" partiyası öz tədbirinə çağırdı və mən bu dəvəti qəbul etdim. Çünki məhz "Müsavat" Azərbaycanı müstəqilliyə gətirib və məhz bu partiyanın tədbirində iştirak etmək mənim üçün çox böyük şərəf idi.

Orada mənə söz də verdilər. Çıxışımda mən Cümhuriyyətin 100-illiyinə həsr etdiyim elmi işlərdən danışdım. Çünki mən bu tarixə çoxdan hazırlaşırdım və əli boş gəlmədim. Mənim tərəfimdən 1920-1926-cı illərdə fəaliyyətdə olan gizli "Müsavat" təşkilatının tarixi ilk dəfə olaraq araşdırılmış, elmi səviyyələrdə təqdim edilmişdir. Bunu edərkən Milli Təhlükəsizlik Xidmətinin arxivində işlədim, Cümhuriyyət mühacirlərinin əsərlərinə, o dövrün çağdaşların xatirələrinə müraciət etdim. Qeyd etdim ki, işğalçı Sovet hakimiyyətinə qarşı mübarizə tarixi daha da dərindən araşdırılmalıdır, çünki gənclik üçün böyük vətənpərvərlik örnəyidir. Və bu kimi araşdırmalar dünyada da yaxşı qarşılanır. Boş yerinə deyil ki, gürcülər, ukrainlər və başqaları məhz Sovet hökümətinə qarşı mübarizə tarixinə böyük önəm verirlər. Biz isə hələ də bunu etməmişdik.

Daha sonra dedim ki, araşdırmaları mən ilk olaraq rus dilində "Beynəlxalq Memorial" adlı demokratların saytında yerləşdirdim. Burada hələ Saxarov və Starovoytova vaxtından çoxlu Azərbaycan düşmənləri yazılar yazırdılar. İlk dəfə olaraq mən orada "Müsavatın" gizli fəaliyyəti haqqında məqalə yerləşdirməyə nail oldum və bu da onu göstərir ki, iradə, keyfiyyət və inam qarşısında heç bir lobbilər dura bilməz.

Daha sonra bu mövzuda BDU tarix fakültəsində çıxış etdim. Eləcə də KİV-lərdə Kulis.Lent.az-da, Bastainfo-da, Moderator.az-da məqalələr yerləşdirdim.

Gələcəkdə də bu materialları xarici dillərə tərcümə edib xaricdə dərc etməyi planlaşdırıram.

Sonda da qeyd etdim ki, mənə bu işlərdə köçmək lazım deyil, hər şeyi özüm etmişəm təkbaşına, pulsuz, təmənnasız. Çünki Azərbaycanı sevmək odur ki, heç kəsdən heç nə gözləməyəsən, əksinə vətən üçün bacardığını verəsən. Əgər hamı pulsuz-parasız vətən üçün çalışsa, onda ətrafımızdakı dünya düzələr.

Xəbərin ünvanı: http://hefteaz.info/2018/05/muxalif%C9%99t-cumhuriyy%C9%99tin-100-illiyini-birg%C9%99-qeyd-etdi/