Bizim xalqımız niyə öz dinindən utanır?


Hər yerdə - Qürcüstanda, Ermənistanda, hətta Avropa kimi yerlərdə adamlar fəxrlə dini mənsubiyyətini vurğulayıb, məbədlərinə gedir, ibadət edir, bizdə isə çoxu "müsəlmanıq" deyir, amma heç də müsəlmanlığını üzdə göstərmir, hətta bundan xəcalət çəkir?

Bax misal üçün Azərbaycan Neft Akadəmiyasında olan faciə oldu. Gənc uşaqlar həlak oldular. Allah onlara rəhmət eləsin. Bizim camaat oraya gedib hüznünü bildirdi, şam yandırıb, gül apardı. Amma bütün bu hay-harayda Allaha dualar etmədilər.

Eşidirik və oxuyuruq ki, hər yerdə faciə olanda insanlar məscidlərdə (və ya kilsələrdə) toplaşır, Tanrıya ibadət edir, sonra isə basqa isləri edirlər. Bunu hətta dinsiz saydığımız Avropada da müşahidə edirik. Amma bizim Aropaya can atan xalqımız bunu etmir. Avropalılardan daha çox avropalı olmaq istəyirlər.

Bu boyda faciə olub, amma hamı yalnız gül və şam aparır. Bir fikirləşən yoxdur ki, bunlardan ölülərə nə? Onlara millətin duaları, namazları lazımdır ki, ruhları şad olsun, o gül-şam yox. Bir yerdə bunları dedim. Biri mənə dedi ki, duanı ürəyimizin içində edirik, amma gül-şam və mitinq ona görə lazımdır ki, bizi də oldürməsinlər. Onda deməli bu haray-həşir o bədbaxt olülər üçün deyil, elə bunların özləri üçün imiş.

İndi dəyirəm ay müsəlman dostlarım, bu millətin axırı necə olacaq? Bu ağır günlərdə də Allaha dönmürlərsə, bəs nə vaxt dönəcəklər? Anlamırlar bu yazıqlar ki, şamlar və güllər yox, Allah ölülərə də, diriləri də, rəhmət edir. O avropalılar bunu anlayır, amma onlara doğru gedən azərbaycanlılar yox.

Elə düz məlumat verib bir Avropa təşkilatı ki, Azərbaycan ən dinsiz ölkələrdən biridir. Bu faciədə bunu bilavasitə göstərdi. Millətimiz, gənclərimiz məscidlərə gedib, orada dualar etmədilər, şamlara, güllərə üz tutdular.

Сайт управляется системой uCoz