Sünnətin varsa müsəlmansan

9 oktyabr 2014

Bir dostumla müsəlmanlıq haqqında danışırdıq. Milli mənsubiyyətlə dini mənsubiyyətin bağlılığı məsələsi çıxdı ortalığa. Deyirik azərbaycanlılar müsəlmandır. Ancaq bu nə dərəcəsində həqiqətə uyğundur? Axı bizim aramızda ateistlər, xristian olanlar da var. Deməli onda belə çıxır ki, azərbaycanlıların müsəlman olması iddiası doğru olmur.

Ancaq başqa tərəfdən Azərbayca xalğının mədəniyyəti İslam üzərində qurulub. Ona görə də bu özünü hər şeydə göstərir - məişətdə, dünyagörüşündə, düşüncə tərzində, xasiyətdə. Bu müsəlmançılıq çətin şeydir. Ondan qurtarmaq olmur. Nə qədər gizlətsəndə də sonda müsəlmançılığın nədəsə çıxır ortalığa. Tarix də İslamla bağlıdır son 1000 ildə, dünyada da bizi müsəlman kimi tanıyırlar. Lap elə ol xristian. Deyəcəklər ki, bu tək bir adamdar. Ancaq ümumiyyətlə azərbaycanlılar müsəlmandır.

Bundan başqa, nə üçün müsəlmanlıqdan imtina edək? Mədəniyyətdir də, pis-yaxşı qurulub, oturaqlaşıb. Onu nə ilə dəyişək? Belə bir şey yoxdur da axı. Fərqi nədir var Allah, ya yox? Peyğəmbər haqdır, ya yox? Quran nazil olub, ya yox? Bunlar ilahiyyat söhbətləridir. Mədəniyyət baxımındansa, bunlar əhəmiyyətli deyil. Var müsəlman mədəniyyəti, din qəbul edilməsə belə. Ona görə də qoy olsun. Sadəcə onu yavaş-yavaş dəyişmək, müasirləşdirmək olar.

Ona görə də xeyri yoxdur. Nə qədər desən ki, ateist-xristiansan, müsəlman qalacaqsan. Həmdə ona görə ki, sünnət olunmusan. Bu da belə bir şeydir ki, səni İslamda saxlayır ondan imtina etsən də. Çünki sünnət olunan ya yəhudi olar, ya da müsəlman. Ancaq yəhudi ola bilmərik. Çünki yəhudi olmaq üçün heç olmasa nənəmiz yədudi olmalıdır. Yoxdursa, deməli müsəlmanıq.

Qadınlar da mənəvi cəhətdən sünnətdədirlər. Müsəlman keçmişi olan qadının özəl bir psixologiyası var ki, ondan dinini dəyişsə də qurtara bilmir. Bu da onun sünnətidir.

Ona görə, ay ateist, ay xristian, öyünmə ki müsəlmanlıqdan çıxmısan. O sünnətdən ölənə qədər yaxa qurtara bilməyəcəksən, müsəlman qalacaqsan.