Humanitar elmlərdə dəlilər haqqında

28 oktyabr 2014

Gic adamlar hər yerdə var, dəlilik səviyyəsinə çatanlar da az deyil. Onların hamısı heç də dəlixanada deyillər. Bizim aramızdadırlar. Dəlixanada onların yalnız 0,1%-dır. 99,9% bizimlədir. Hələ nə qədər psixoloji problemləri olan kompleksləri aşıb-daşanlar var. Bu da cəmiyyətin tərkib hissəsidir. Zombilərin artmasından fantastik kinolar çəkirlər. Ancaq əslində o zombilər elə dəlilərdir. Onlar bizim aramızdadır.

Bu kimi adamların humanitar elmlərə cəlb olunması çox təhlükəlidir. Bu qabaq da olub, ancaq son zamanlar bu proses güclənib. Kimin başına nə axmaq fikir gəlirsə, deyir mən dahiyəm, böyük filosofam, etnoqrafam, tarixçiyəm, arxeoloqam, ədibəm və s. və qaçır humanitar elmlər qurumlarına və kafedralarına.

Orada onlara sayıqlamaqlarını göstərən və suallar verən normal adamları düşmən elan edirlər. Sonra başlayırlar şikayət məktubları yazmağa dövlət adamlarına ki, bunları sıxışdırirlar. Sonra fitnələrə, tanışbazlığa, pula və s. əl atırlar.

Sonda isə yol tapıb hələ işə də düzəlirlər humanitar elmlər qurumlarında və universitetlərin kafedralarında. Bundan sonra artıq mənəvi terror başlanır. Normal adamlar dəlinin yanında həmişə aciz olur axı, ona görə də dəlilərin qurbanlarının sayı artır. Humanitar elmlərində də dəlilərin sayı getdikcə artır. Sonra o dəlilər dissertasiyalar da müdafiə edib öz dəliliklərini və sayıqlamaqlarını artıq legitimləşdirirlər, rəsmiləşdirirlər. Artıq namizədlik və doktorluq diplomları ilə özlərini cəmiyyətdə təsdiq edirlər.

Harada həyatında heç nəyə nail ola bilməyən, dəli, kompleksli adam varsa, gəlir həyasızlıqla olur fəlsəfə, tarix, politologiya və s. elmləri namizədi və doktoru. Sonra dəli sayıqlamalarından irəli gələn kitab məqalələr yazır. Bundan sonra elan edirlər ki, bunlar millətin atalarıdır. Sonra dəlilər təhsilə və ondan da yuxarı vəzifələrə gəlirlər. Son arqument də həmişə həyasızlıq olur.

Beləliklə humanitar elmlərindən elmi dərəcə almaq aqrtıq milli faciəyə gətirməyə başlayıb. Çünki başqa yerlərdə dəlilər öz sayıqlamaqlarını rəsmiyyətə sala bilmirlər. Ancaq humanitar fənlər yolu ilə onların gicləməkləri yüksək və böyük elm kimi qələmə verilir. Millət də nə etsin baxır görür bütün diplomları, adları, kitabları, məqalələri var, onları əvvəl sayır. Sonra sayıqlamalarını görür, onunla da bütün elmimiz haqqında mənfi rəy yaranır.

Bu prosesin də qarşısını almaq olmur. Terrorun qabağında adi normal alimlər dura bilmirlər. Azərbaycan elmində də dəlilərin sayı getdikcə artır. Sonda ola bilsin ki, fəlsəfi fənlər dəlilər yığıncağına çevirilsin.

Bəlkə də bu çıxış yoludur. Onların hamısını artıq dəlixana həkimləri elə bir yerdən götürüb xəstəxanaya apara bilərlər. Daha bvaşqa terlərdə onları axtarmazlar. Bəlkə bununla humanitar elmlərdə işlərimiz düzələr.