Kim Tanrının birni daha çox qəbul edir?

27 yanvar 2015

Amerika Birləşmiş Dövlətlərinin dünyada supergüc olması bir təsadüf deyil. Bu ölkədə protestant düşüncəsi və fəlsəfəsi hakimdir. Onlara görə insan yalnız Tanrıya tapınmalıdır. Bunda dayanarkən onlar müqəddəslərə sitayişi və ziyarətləri inkar etmiş və Bibliyanın üstünlüyünü qəbul etmişdirlər. Müqəddəs Kitab Bibliyadır və hər kəs onu tərcümə edib özu anladığı kimi yorumlaya bilər. Protestantlar bununla Kilsə ənənəsinə qarşı çıxdılar.

Bütün bunları edərkən, onlar ardıcıl olmuşdurlar. Demək olar ki istisnalara yol verməmişdirlər. Protestantlar məzarları ziyarət etmir, həcc kimi ziyarətlərə çıxmır, müqəddəs əşyaları tanımır.

Deməli heç bir müsəlman dövlətini deyil, ancaq ABD-ni qələbə çalmış təktanrılıq ölkəsi adlandırmaq olar. Buna görə də Tanrı bu ölkəni yüksəltmişdir, dünya gücü etmişdir. Müsəlmanlara qaldıqda isə, onların çoxusu təktanrılığı etdikləri işlərdə deyil, yalnız sözdə ifadə edirlər. Onların əksəriyyəti (sələfilər də daxil olmaqla) tək Tanrıya deyil, maddi müqəddəs şeylərə də inanırlar. Onlar həccə gedir və başqa maddi obyektləri ziyarət edir, Quranı təfsirçilər vasitəsi ilə yorumlayır, ənənəni (hədisləri) tanıyır. Bu isə təktanrılıqdan yayınmadır. Ona görə də müsəlmanlardan Tanrı üz döndərmişdir. Onlar heç nəyə nail olmurlar.

Amerikanlılardan sonra dünyada ikinci güc kimi ateist ölkələrdir. Keçmiş SSRİ və Çin, gismən Fransa və Almaniya. Bu da qanunauyğundur. Çünki ateizm təktanrılığa çox yaxındır. Orada da maddi şeylərə tapınma yoxdur, müqəddəslik və ziyarətlər rədd edilir. Ancaq amerikanlılardan fərqli olaraq, onlar Tanrını kommunust ideyası ilə əvəz edirlər. Bax bu nədənlə də Tanrı onlara birincilik vermir. İkincidirlər.

Üçüncü yerdə isə Avropanın bir çox ölkələridir. Orada quzey bölgələr protestant, orta isə katolikdir. Ancaq oranın katolik inancı islahatlardan keçmiş və çağdaş dünyaya uyğunlaşmışdır. Bu ortaçağların katolik kilsəsi deyil. Bundan başqa Avropada ateistlər də çoxdur. Bu qarışığa görə onlar üçüncüdürlər.

Ən sonuncu yerdə isə müsəlmanlardır (hamısı, məzhəblərindən asılı olmayaraq). Onlar Kəbə, müqəddəslərin məzarları kimi maddi şeylərə ehtiram edir, Quranla yetərlənmətərək, hədisləri və başqa rəvayətləri qəbul edir. Quranı ancaq təfsirçilərin araçılığı ilə yorumlayır, Kitaba sadə adamları buraxmır. Ortaçağ dövründən bəri müsəlmanlar dini islah etməmiş, durğunluqda saxlayıblar. Buna görə də dünyada sonuncu yerdədirlər. Belə çıxır ki, təktanrılıqdan ən çox danışanlar ona ən az riayət edirlər.

Beləliklə İslamın yüksəlməsi üçün islahatlar olmalıdır və hər kəsə dini anlama və tapınma azadlığı verilməlidir. Bu nədənlə də mənim bu barədə öz müddəalarım vardır.

Bunlar da aşağıdakılardır:

1. Tanrıdan başqa heç nəyə inanmaq olmaq. İnanc yalnız Tanrıyadır.

2. Müqəddəs yerlərə və əşyalara inanmıram. Çünki hər hansı maddi şeyə tapınma ya da hansısa müqəddəs yerə ya da peyğəmbərlərin məzarlarına ziyarət təktanrılığa qarşıdır.

3. Quran tək olan inanc qaynağı, insanla Tanrı arasında bağlantıdır. O qöylərdən enməmiş, nazil olmamış, Məhəmmədə ilhamla ötürülmüşdür. Çünki Quran göydən düşübsə, onda o ikinci tanrıdır, bu da təktanrılığa qarşıdır.

4. Quran hədislərlə ya da başqa rəvayətlərlə yorumlanmaz, buna ehtiyac da yoxdur.

5. Quranı hər kəs özü, öz anlamı ilə qavrayıb, tərcümə edib inanca çevirə bilər. Təfsirçilərə ehtiyac yoxdur, çünki təfsirçilik insanları Tanrıdan ayırır və onların arasında araçı olur. Bu da təktanrılığa qarşıdır.

6. Quranın istənilən ayəsi onu oxuyan tərəfindən zamana, məkana, məqsədəuyğunluğa görə məcazi anlamda başa düşülə bilər.

7. Quranın başqa dillərə tərcüməsi də Tanrı tərəfindən ilhamlanmış elan edilməli, bu dildə anlaşılmalı və inanc qurulmalıdır. Ancaq belə olanda İslam dünya dini ola bilər. Hal hazırda o ərəb yönümlüdür.

7. Tanrıya inanc insanın xilası üçün yetərlidir. İnsanın görüntülü ibadət etməsi vacib deyil. İstəyən edər, istəməyən etməz.

8. Buna bənzər inancda olan başqa müqəddəs kitablara (Biliyaya) ya da fəlsəfələrə dayananlar da təktanrılı inacındadırlar.