İnsanlarla ünsiyyət haqqında

17 yanvar 2015

Adamlarla, və xüsusi ilə də azərbaycanlıların bir çoxu ilə, nə qədər az danışsan, nə qədər az ünsiyyətdə olsan, nə qədər az ürəyini açsan, zarafatlaşsan, o qədər də yaxşıdır. Bunları bir az çox edəndə mütləq problemlər, narazıçılıqlar başlanır. Özüdə heç nədən. Nə var ki bir adi söz dedin, onu isə elə yozurlar ki, güya kimisə təhqir etdin. Bir yumorla soz deyirsən, inciyirlər. Ürəyini açıb bir səmimi söz deyirsən, sonra dediklərini sənə qarşı istifadə edirlər.

Ona görə də baş-qulağımızın salamat olması, həyatımızın isə problemsiz olması üçün bu insanlarla danışmaq olmaz. Bunlarla ünsiyyət ancaq rəsmi olmalıdır. Ancaq "salam", "sənə nə lazımdır?", "bunu edə bilərəm, bunu isə edə bilmərəm", "sağ ol". Başqa bir dənə də olsun artıq söz işlənməməlidir.

Hətta "necəsən", "işlər neçədir?" sualları da verilməməlidir. Çünki bunu da soruşsan, azərbaycanlı psixologiyasını bilmək olmaz. Fikirləşəcəklər ki, "o nə üçün, hansı məqsədlə bunu soruşur?".

Belə etsən, sənin haqqında deyəcəklər ki, qapalıdır, təkəbbürlüdür, bizi saymır, başı xarabdır. Ancaq qoy belə desinlər, təki problemlər olmasın, başın-qulağın salamat olsun. İki ziyanlı şeydən ən ziyansızın seçmək gərəkdir.

Bu qayda hamı üçündür, hətta yaxın qohumlar üçün. Qohumdan çox ziyanı heç kəs vurmur. Çünki onunla çox ünsiyyət qurursan. Ünsiyyət onlarla da rəsmi olmalıdır.

Bu dünyada normal insanlar çox azdır. Çoxusu komplekslidir, bəziləri dəli, bəziləri mədəniyyətsiz və s. Ünsiyyət üçün bir iki normal, komplekssiz, başı sağlam, mədəniyyətli adam tapsan həyatın boyu, böyük şeydir. O da baxtın gətirsə.