Həyatın mənası haqqında

15 yanvar 2015

Bir kərə bir tanışıma rast gəldim. Dedi ki, arvaddan boşanmışam və indi təkəm. Yanımızda olanlar dedilər ona ki, yenə evlən. Çünki yaşlaşırsan, sənə baxan arvad olmalıdır. Mənsə dedim ona ki, ağlını başına yığ və daha evlənmə. Çünki yaşlaşdıqca gərək gəncliyin səhvlərini etməyəsən. İndi də ağıllanmasan nə vaxt ağıllanarsan?

Başa düş ki, arvad aldıqca, var-dövlət yığdıqca sən bu maddi dünyaya bağlanırsan. Halbuki bunların heç bir mənası yoxdur. Əslində insan həyatının mənası bunlardan aralanmaqdır. Çünki aralandıqca bu maddi aləm səni özünə çəkmir, sənin ruhun azad olur. Bu dünya ilə nə qədər az bağlı oldun, o qədər də xoşbəxtsən. Əksinə, var-dövlət, arvad-uşaq çoxaldıqca maddiyat səni ələ alır. Sən də bunların içində mənasız iztirab içində həyat keçirirsən. Sonda isə bunlar sənə qalmır.

Ona görə də alma arvadı. Heç olmasa həyatının qalan hissəsini azadlıqda keçir. Maddi dünyaya bağlılığı heçə endir, ruhunu inkişaf et, məvəviyyatını zənginləşdir, biliklərini çoxalt. Çünki sonda sənə elə bu qalacaq. Xoşbəxt o adamdır ki, bu halı yaşaya bilib. Onda o xoşbəxtliyə ulaşır, həyatın mənasını görür. Öləndən də sonra azad ruh yüngüllüklə bədəndən aralanıb səmalara qalxa bilmir. Bu dünyaya bağlı arvad-uşaqla, var-dövlətlə yüklənmiş ruh isə o qədər ağır olur ki, bədən öləndən sonra da rahatlıq tapmır, Dünya Ruhu ilə birləşə bilmir. Bu dünyada sürünüb iztirab içində mənasız yaşadığı kimi, o dünyada da özünə yer tapmır.