Biz qeyrətli millətik?

26 yanvar 2015

Bizim cəmiyyətdə çox ziddiyətli kişilik və namus-qeyrət anlamları vardır. Bir kəs ki, başqa qadınlara ilişir, onları seksual əlaqələrə cəlb etmək istəyir, o kişidir. Ancaq onun bacısı ya arvadı ilə binu etsələr bu onun üçün qeyrətsizlik, oğraşlıqdır. Halbuki, onun seksə cəlb etmək istədiyi qadınlar da kiminsə bacısı, arvadıdır.

Deməli belə çıxır ki, başqasına qarşı edilən hərəkət namusdur, kişilikdir. Sənin özünə qarşı eyni hərəkət edilirsə, bu oğraşlıqdır, qeyrətsizlikdir.

Həmən şey də homoseksuallıqda da özünü göstərir. Bütün dünyada homoseksualın hər ikisi - aktivi də passivi də homoseksualdır. Ancaq bizdə aktiv olan kişidir, qeyrətlidir. Çünki o işini görür. Təki onun üzərində görməsinlər. Hacı dayı kimi aktiv homoseksual qəhramanlarımız var.

Diqqətlə baxanda bizdə namus-qeyrət deyənlərin çoxu bu düşüncədədir. İndi bu çür düşüncədə olan adamlar namus-qeyrətlidirlər, ya oğraş? Əslində özünü namuslu hesab edən eyni zamanda həm də oğraş çıxır. Ona görə də bizdə namus-qeyrət oğraşlıqla qarışıqdır. Bəlkə də daha dərin düşünsək, namus-qeyrət dediyimiz şey əslində oğraşlıqdır.

Ona görə "biz qeyrətli millətik" iddiası çox böyük sual altına alınır.