Bütün fəlsəfəçilərə ürək sözlərim

4 mart 2011

Siz, ey mənim çalışma arxadaşlarım, özünüzü fəlsəfəçi sayaraq, fəlsəfi yazınları yazmağınız üçün ödül istəyirsiniz, maaşlarınızır artırılmamasından, ağır yaşamlarınızdan gileylənirsiniz. Sizə yaxşı qazanc versələr, fəlsəfi yazınlar yazacağınısı sanırsınız! "Yaxşı maaş alsaydıq yüksək fəlsəfə sərgiləyərdik" deyirsiniz. Sizi eşidən dünya fəlsəfi irsinə girəcəyinizi sana bilərdi.

Ancaq ödülün olmaması, ya da az olması fəlsəfəçilik etmək, yazın yazmaq üçün əngəl ola bilərmi? Əvət, nüvə fizikası alanında çalışan bilginin ücrətsiz, parasız işləməz. Riyaziyyatçı da darıxdırıcı saylar üzərində parasız işləməz. Ancaq fəlsəfəçinin ona pul-para verilməsə fəlsəfəçilik etməməsi deyimi çox gülməli və anlaşılmazdır. Bu necə ola bilər? Axı, fəlsəfə bir ruhi durumdur, bilgəlikdir, ardı-arası kəsilməyən düşüncələrə, yaradıcılığa çağırışdır. Doğruluqda, fəlsəfə insan ürəyinin içindən çıxır, maddi istəklərdən asılı ola bilməz. Hər kəs, doğruluqda fəlsəfəçidirsə, ona para verilsə də verilməsə də, düşünərək yazıb-yaradır, orjinal düşüncələır irəli sürür, hamını ilgiləndirərək yenilik verir. Bunu etmirsə, deməli fəlsəfəçi deyil.

Bilgəliklə incə düşüncə, paranın xışıltısı ilə çıxa, xışıltısız isə çıxmaya bilməz. Özünü fəlsəfəçi adlandıran kəs, paranın olub-olmamasından asılı olmayaraq, dərin və hər kəsi ilgiləndirən aktual, eləcə də orjinal yazınlar yazmırsa, deməli doğruluqda o fəlsəfəçi deyil, deməli onun ruh yüksəkliyi yoxdur. Ona yaxşı para verilsə belə, heç bir dəyərli yazın yaza bilməz, bilgə düşüncə ortalığa qoya bilməz. O ancaq bunu edəcəyini sözdə deyir, bu boş söyləntidən başqa bir şey deyildir. Doğruluqda o kəs fəlsəfəçi deyildir, onun bu adı daşımaq üçün doğadan verilmiş özəlliyi, düşüncə durumu yoxdur.

Deyirsidiz, sizə paranı az verirlər, sizin dolanışığınız dözümsüzdür. Hər zaman mən bunu sizdən eşidirəm. Ancaq bu sizin düşünür beyin üçün əngəl ola bilərmi? Deyirsiniz sizin ailəniz yoxsulluq içindədir. Amma mən sizdəm soruram, nə olsun? Axı fəlsəfəçi üçün hər bir durum düçüncə ilə fəlsəfə obyektidir. Siz yoxsulsunuzsa, ailəniz acdırsa, deməli elə yoxsulluqla aclıq qonusunda da düşüncələr ortalığa goymalısınız, bütün başqa kəslərə yol göstərməlisiniz. Elə bu bilgə düşüncə ilə özünüz də yatışmalısınız, başqalarına da yatışmanın yollarını göstərməlisiniz. Fəlsəfədən də ulu yatışma yolu varmı? Bunun kimi, siz varlı olarsınızsa, onda varlılıq fəlsəfəsini ortalığa qoymalısınız. Deməli sizdə fəlsəfəçilik, bilgəlik istənilən durumlarınızda olmalıdır. Ancaq sizin, öz düşüncələrinizə görə para istəyiniz, gülməkdən basqa duyğu doğurmur. Bunu deyəndə, siz doğrudan da gülməlisiniz.

Necə yəni, mənə para verin, mən düşünüm. Düşünürsənsə düşün, nə üçün sənə bunun üçün para verilməlidir? Sən öncə düşün, çevrədəkilər bir görsünlər, sən nəyi bacarırsan. Sonra sənə para versələr, nə yaxşı. Verməsələr də yenə yaxşı. Fəlsəfəçi də düşüncəni pulla doğar? Acından ölsə belə, mutlu olaraq, aclıq ölümün fəlsəfəsini yazıb ölər. Fəlsəfənin özündən çox mutluluq olarmı? Olarsa, deməli bunu deyən fəlsəfəçi deyil.

Anlamıram, necə olur, doğadan verilməyən özəllik, kimdəsə para ilə ortalığa çıxsın. Əvət, siz əyri ya düz yollarla dissertasiyalarınızı savuna bilərsiniz, ən yüksək bilim adları da ala bilərsiniz. Ancaq sözün doğru anlamında FİLOSOF heç zaman ola bilməzsiniz. Çünki Tanrı bu yüksək adı, bu yüksək durumu yalnız özünün seçdiyi kəslərə verir. Doğru bilgəlik tək kimsələrdə olur, böyük toplumda olmaz.

Siz doğrudan da fəlsəfəçi olsaydınız, maddi dəyərlərdən asılı olmayaraq, sürəkli yaradardınız. Əvət, bilirəm, sizin durumunuz ağır, eşləriniz sizdən razı deyil, onların qarşısında siz başı aşağısınız. Ancaq bunun özü də düşüncə qonusu deyilmi? Razı olmayan eş, ya da ac qarın qonusunda düşüncələr, bəlkə də ən gərəkli və ilgili düşüncələrdir. Oxucuları ilgiləndirən sorulardandır.

Ancaq hamınız yoxsul da deyilsiniz. Sizdən olan azlıq əyri ya da düz yollarla yaxşı görəvlər tutub paralanıb, dışarı ölkələrə gedir. Onlar arada hansısa məqalələrlə monoqrafiyalar yazılıb yayımlayır. Onların sayı çox da ola bilər. Ancaq nə olsun? Yazarlar onların heç kimin oxumayacağını yaxşı bilirlər. Doğruluqda bu yazılar heç kimə gərək deyildir. Onları ancaq öz görüntüsünü yaratmaq, özünüzü göstərmək və qrant kimi aldığınız paraları silmək üçün etmisiniz. Necə etmisiniz, hansı yollarla, özünüz yaxşı bilirsiniz. Yazdıqlarınızı heç anlamaq da olmur. Elimiz kitab oxumur deyirsiniz, ancaq özünüz bu elə nə vermisiniz sorusunu vermirsiniz. Hər nədə el suçludur, sizin heç bir aktuallığı və ilgisi olmayan anlaşıqsız yazılarınız yox.

Ancaq bunları sizə demək olmaz. Siz çox incikli olursunuz, kiminsə sizinlə qarşıdurma etdiyini düşünürsünüz, hər yerə car çəkirsiniz. Sizinki elə mənəm-mənəm deməkdir. Amma sizin bu inciməkləriniz də fəlsəfəçi olmadığınızın göstəricisidir. Çünki doğruluqda fəlsəfəçi olan kəs heç nəyə inciyə bilməz. Onu ələşdirsələr, onunla razılaşmasalar, onu söysələr belə, bundan ilham alar. Onda bütün bunlardan yeni düşüncələr, yeni fəlsəfələr doğar.

Yoxsullarınız da varlılarınız da, �fəlsəfəyə heç kəs diqqət yetirmir, fəlsəfəyə ölkəmiz para ayırmır� deyirsiniz. Ancaq mən sizdən soruram, bütün bunların sizin ruhunuzla nə ilişkisi var? Biz çox ilginc bir çağda yaşayırıq. Bizim əlimizdə İnternet kimi bənzərsiz olağanüstü bir aracımız vardır. Siz doğrudan da fəlsəfəçi olsaydınız, ruhunuzun çağırışı ilə öz ürəyinizdə olanları yazıb, el qarşısına çıxarardınız. Bundan da dolgün ödül, fəlsəfəçi üçün ola bilərmi? Bundan da böyük qazanc, var ola bilərmi? Nədir bunun qarşısında o çirkin para, mal, mülk, aşna, fahişə, araba? Əski fəlsəfəçilərin hamısı sizə qısqanclıq edərdilər, interneti görsəydilər. Fəlsəfəçi üçün bundan böyük mutluluq ola bilərmi? Yazınları yazıb, bilgə düşüncələri ortalığa qoymaq, onların çevrəsində olan dartışmaların görüntüləri, fəlsəfəçi üçün dolgun anlamda olan bənzərsiz mənəvi orqazm deyilmi?

Ancaq siz burada görsənmirsiniz. Deməli boşsunuz, sizin göstərməyə heç nəyiniz yoxdur. Yazınlarınızı buraya çıxarsanız rüsvay olarsınız, siz heç dartışmaları edib onlardan başı uca çıxa bilməzsiniz. Siz ancaq gizlicə nəyisə yazıb, dartışmasız yaymaq, sonra isə nəsə elədiyinizlə öyünməklə vaxtınızı keçirirsiniz. Yuxarıda dediyim kimi, elədiyiniz heç kəsə kərək deyil, sizdən sonra o yazdıqlarınız da qalmayacaq. Onlar sizinlə birlikdə öləcək. Yalnız doğruluqda fəlsəfəçi olan kəslərin yazınları qalacaq, başqa insanlara isıq saçacaq. Onlar ölməzliyə ulaşacaqlar.

O darıxdırıcı bilim konfranslarda da anlamsız olan çıxışlarınız da heç kəsə gərəkli deyildir. Sizin çıxışlarınızda baş ağrısından başqa bir şey də yoxdur. Bəlkə də heç özünüz bilmirsiniz, çıxışlar edəndə nə qədər gülməlisiniz.

Doğruluqda fəlsəfəçi olan kəs, necə olur internetin araçılığı ilə toplumdakı duruma etki etməsin? Necə olur, bu imkanları qullayıb düşüncələri ilə çoxsaylı oxucularla bölüşməsin? Necə olur fəlsəfəçi gəncləri gəlişdirmək üçün çabalarda bulunmasın? Necə olur, fəlsəfəçi ən ağır düşüncə dartışmalarına, orada söyülsə belə belə, girməsin?

Bütün bu gözəl imkanları qullamadan, yalnız etdiklərinə görə para gözləyən, yabancı ölkələrə anlamsın gəzintilərə çıxmaq, orada heç kəsə kərək olmayan çıxışlar üçün sponsorları gözləyənlər fəlsəfəçidirlərmi? YOX! Doğru fəlsəfəçi buradadır, internetdədir. Bura bir güzgüdür. Burada bilinir, kim fəlsəfəçidir, kim fəlsəfəçi deyildir. Bura çıxıb, gizli deyil, el arasında bilgəliklər göstərən, ələşdirmələrə dözən, bacarıqlı dartışmalar apara bilənlər fəlsəfəçidirlər.

Yazınları internetdə sərgiləməklə ələşdirmələrə dözməkdən, öz yazdıqlarının çevrəsində dartışmalar aparmaqdan, oxucuları ilgiləndirməkdən çox, fəlsəfəçi üçün mutluluq ola bilərmi? Əvət, burada söyülə də bilər. Ancaq doğruluqda fəlsəfəçi olan kəs buna dözümlü olmalı, buna da bir fəlsəfə kimi baxmamalıdırmı? Bunu etmirsinizsə, kimə gərəksiniz, ey özlərini fəlsəfəçi adlandıranlar? Başı dik, özündən razı gəzib əyri-düz yollarla alınan bilim dərəcələrlə öyünmək çox asandır. Siz el arasına çıxın, topluma yayrarlı olun; insanlara dolgun baxışlarınızla, bilgəliyinizlə, yüksək mənəviyyatınızla yardım edim. Bunu edə bilmirsinizsə, kimə gərəkdir sizin bilim dərəcələriniz, sizin kitablarınız, verdiyiniz dərsləriniz? Bunu etmirsinizsə nə ölkəyə, nə dünyaya, nə tarixə, nə də sonyaşama gərəkli deyilsiniz.


Сайт управляется системой uCoz