Dini terrorçuların məntiqi

25 fevral 2015

Bu gün söhbət düşdü dini terrorçuluqdan. Həmişəki kimi dedilər mənə ki, terrorun İslam dini ilə əlaqəsi yoxdur. Ancaq mən həmsöhbətlərimə dedim ki, bu iddia ilə tələsməsinlər. Çünki bir şey haqında fikir yürütmək üçün, onu araşdırmaq lazımdır.

Bu məsələni araşdıran da görürsən ki, dini aşırılığın köklərinin dərin təməlləri vardır. İslam tarixində bu proses hələ Peyğəmbərin ölümündən az sonra başlamışdır. O zaman xaricilik adlanan dini aşırılıq ortalığz çıxmışdır. Bundan sonra dini ekstremizm bütün İslam tarixi boyu olmuşdur. Deməli İslamın 1430 il yaşı varsa, İslam ekstremizminin yaşı 1400 ildir. Cəmi ilk 30 il bu olmamışdır. O da ona görə ki, din hələ təzə yaranırdı.

Bu tarix. İndi isə keçək dini ekstremizmin və terrorçuluğun fəlsəfəsinə. Burada məsələ heç də birmənalı deyil. Hər şeyin kökündə isə dinlə əməllərin qarşılığı, günahın inancla necə uzlaşması problemi durur. Yəni bir kəs Allaha inanır və dinə bağlıdırsa, onda nə üçün günah işlər görür: yalan danışır, həsəd aparır, qeybət edir, qeyri-səmimi olur, ona buna atır və s.? Bu kimi müsəlmanlara hamı rast gəlir. Bir tərəfdən bu dəqiqə namaz qılıb, gəlib sənə yalan danışır. Sən də qalırsan məhəttəl ki, bu nə dindardır? Bu kimi örnəklər çoxdur.

İndi bu kimi şeylər də inancla əməllərin bağlılığı məsələsini ortalığa çıxardır. Sual yaranır ki, sən dindarsan? Bəs nə üçün qəqiqə başı günahlar edirsən? Bundan da sual yaranır ki, inana inana bu əməlləri edirsənsə, deməli əslində inanmırsan. İnanmırsansa, deməli ikiüzlü münafiqsən. Münafiqlər isə kafirlərdən də pisdirlər. Və münafiqsənsə, onda deməli ölməlisən, qanın halaldır, çünki bu barədə Quran ayələri və hədislər var.

Bax beləcə dini ekstremizm, aşırılıq və ifratın əslində bəraətverici və Qurana bağlanan məqamları var. Bu səbəbdən də demək olmaz ki İslam ilahiyyatına bu ziddir. Özlərinə görə, öz məntiqlərinə görə terrorçular hətta haqlıdır. Məntiq buna gətirir. Adətən dini radikallar ən çox inanan və az günah edənlər olur. Hətta bunu İslam tarixçiləri də etiraf edirlər. Onlara görə xaricilər ən yaxşı dindarlar idilər. O qədər yaxşıdırlar ki, ətrafdakı günahkarlara dözməyərək onları müsəlman saymır və öldürməyə hazırdır.

Beləliklə deyəndə ki, ekstremistlər müsəmanları öldürür doğru çıxmır. Əslində onların məntiqinə görə müsəlman onlar və onlar kimilərdir. Qalan adamlar isə günah işlədirlər, nə olsun ki namaz qılıb özlərini müsəlman adlandırırlar? Belədirsə, onlar öz inanclarında müsəlmanları öldürmür, münafiq və kafirləri öldürür ki, bunu da Quran və hədislər icazə verir.