Aydın Əlizadənin səhifələri

Zibillənmiş dilimizdən necə qurtaraq?

 

11 fevral 2011

Bilindiyi kimi, Azərbaycan dili bizim ölkəmizin rəsmi dilidir. Bu Anayasamızda da yazılmışdır. Anayasaya uymaq isə hər bir kəsin borcudur. Azərbaycan dili türk kökənli dillərdən biridir, bunu istənilən ensiklopediyada oxumaq olar.

Beləliklə, bütün rəsmi yazışmaları aparanda, Azərbaycan dilinin türk dillərindən biri olmasına dayanmaq qərəkdir. Buna görə də mən yazılarımla qonuşduqlarımda, ilk olaraq, Azərbaycan köklü sözlərə üstünlük verirəm. Onlar varsa, başqa dillərdən alınma sözləri uyqulamıram, yalnız öz sözlərimiz olmadıqda onları işlədirəm. Məntiqə görə də bu belə olmalıdır.

Amma bizim toplumda nə məntiq? Azərbaycan dilində yazdığım yazıları rəsmi kəslərə verəndə, mənə yabancı anlaşılmaz dildə yazdığımı deyirlər. Bunu mənə yayımçılar, ölkə görəvliləri, məmurlar, eləcə də başqalar deyirlər. Mənim yazım gələn kimi, onun türkcə olduğunu deyib, ən yaxşı durumda onu düzəldirlər, pis durumda isə geri qaytarırlar. Hər iki durumda məndən üzülmüş olurlar. Mən isə onları anlamayıb, hər dəfə dartışıram. Doğru da edirəm, mən Anayasaya uyğun olaraq azərbaycanca yazıram, onlar isə mənim yazdığlarımı türkcə adlandırıb, bəyənmirlər. Özləri isə, mənim yazımı düzəldəndə, oradan Anayasaya uyğun olan köklü Azərbaycan sözlərini ərəb, fars, latın, yunan, rus sözləri ilə dəyişirlər, cümlələrimi də onların quruluşuna uyğunlaşdırırlar. Özləri yabancı dilləri dilimizə qatıb, Anayasanı pozurlar, ancaq məni bunda suçlayırlar.

Dediklərimə bir neçə örnək də çəkə bilərəm. Örnək üçün, mən yazıram: �Yurda sevgi�. Yazıma baxan deyir,  �Vətənə məhəbbət� olmalıdır. Yazıram �Öyrətim baxanlığı ilə bağlantı qurmaq�, deyirlər mən Azərbaycan dilini pozuram,  �Təhsil nazirliyi ilə əlaqə yaratmaq� olmalıdır. Yazıram �İgidlik sərgiləndi�, deyirlər yox, �Mərdlik nümayiş etdirdi� olmalıdır. Bu məmurlara deyirəm �Vətən�, �məhəbbət� �nazirlik�, �təhsil�, �nümayiş� hamısı arəb-fars sözləridir. Onların deyilməsi Azərbaycanın Anayasasının pozulımasıdır, çünki orada Azərbaycan dilinin ölkə dili olduğu deyilmişdir. Onlar elə bizim �anayasa� sözünü avropalıların �konstitusiya� sözü ilə dəyişdirirlər.

Hələ gətirdiyim örnəklər (�misallar� yox, ərəb sözüdür) heç nədir. Bütün Azərbaycan dilini ərəb, fars, latın, yunan, ingilis, rus və başqa dillərin qarışığına çeviriblər. Bu qarışıq dildə öyrətim aparılır, yeni soy, gənclik öyrədilir. Dilimiz bir böyük zibilliyə çevrilib. İndi mən, eləcə də mənim kimilər bu dilə yabancı sözlər zibilliyi kimi deyil, doğrudan da Azərbaycan dili kimi yanaşanda, çoxları bunu istəmir. Mənə deyirlər, sən türkcə qonuşursan (�danışırsan� yox, fars sözüdür). Özləri dillər qarışığında qonuşurlar, məni isə öz doğma dilimdə qonuşmaqda suçlayırlar (�günahlandırırlar� yox, fars sözüdür). Onlar ölkə Anayasasını pozurlar, ancaq (�amma� yox, ərəb sözüdür) məni suçlayırlar.

Buna görə mən bilmirəm nə edim, mənim Azərbaycan dilində yazılarımı buraxmırlar. İstəyirlər mən də Anayasanı pozub, zibillənmiş dildə qonuşum. Məni buna zorlayırlar. Mən isə zibillənmiş dildə yazıb-yaratmaq istəmirəm. Mən, bu kimi qarışıq dildə qonuşub yazmağı özümə ar bilirəm. Ancaq nə edim? Bu məmurların çoxu, heç bu kimi sözlərin ərəb-fars, rus, ingilis-fransız olduğunu da anlamırlar. Deyəndə də mənə pozuq ya da dəli kimi baxırlar.

Buna görə də sağ olsun İnterneti yaradanlar! Heç olmasa burada mən, öz doğma dilimdə yaza bilirəm. Burada məni heç kim zibillənmiş dildə yazmağa zorlamaz. Yalnız burada mən öz dilimin gözəlliyini duyuram. Rəsmi yazılarda isə yazdığımdan utanıram. İnternetdə mən Anayasanı pozmuram, gerçəklikdə isə pozmağa zorlanıram.

Yabancı sözlər, əlbəttə hər bir dildə vardır, bu qaçılmazdır. Ancar, öz sözlərimiz varsa, niyə onları uyqulamalıyıq (�istifadə etməliyik� yox, ərəb sözüdür)? Yabancı sözləri gərəklilik (�zərurət� yox, ərəb sözüdür) olanda uyqulamaq olar. Heç bir nədənlər (�səbəblər� yox, ərəb sözüdür) olmadan, öz gözəl sözlərimizi buraxıb, yad sözlərə nə üçün üstünlük verməliyik? Mənim bu yazılarımda da bu vardır, ancaq gərəkliliyi aşmamaq tutumunda.

Yuxarıda dediyim kimi, Azərbaycan dili türk dillərindəndir. Belədirsə, ortaq türkcəyə gedilməlidir. Etməsək, elə erməni, gürcülər kimi balaca ellərdən olacıyıq. Böyük, ulu el ("xalq" yox, ərəb sözüdür) olmaq istəyiriksə, genişlənməliyik, başqa türk elləri ilə birliyə gəlməliyik. Dilimizdə yabancı sözlərin çoxluğu, bunun qarşısını alır, bizi yetərsiz balaca el edir. Bizim qarşıduranlarımız (�rəqiblərimiz� yox, ərəb sözüdür) da elə bunu istəyirlər. Bunu yazmaqla, mən hamınızın qonuşub-yazdığını düşünmənizi istərdim. Öz dilimizi ulu etmək, elimizi böyük etmək mənim istəyimdir. Ancaq nə edim, bunu yalnız İnternetdə edə bilirəm. Gerçəklikdə isə bu istəyim boğulur. Görəvli kəslər, məmurlar bizim böyük olmağımızı istəmirlər, elə kiçik el olmağımıza bizi sürükləyirlər. Gənclik də bunu anlamır. Gəncliyə bunu heç yerdə çatdırmaqda olmur, yayımlanmaq bizdə çox zorunludur. Yenə də sağ olsun İnternet, bu olmasaydı heç düşüncələrimi yaza bilməzdim. Hamı Anayasanı pozur, pozmayan mənim kimi azlıqdır. Suçlu da özlərini deyil, bizi bilirlər.


Сайт управляется системой uCoz