Rusiyanın əleyhinə olanlar haqqında

4 aprel 2015

Hər dəfə belə bir yazılara rast gəlirəm ki, ruslar bizim ən böyük düşmənlərimizdir, onlar ermənilərə yardım edir və s.

Bu düşünülməmiş bir iddialardır. Əslində Azərbaycanın bir ölkə kimi varlığı tamamilə Rusiyadan asılıdır. Çünki Rusiya bu regionda güvvələr balansını yaradır və bizim ölkə bu siyasətin nəticəsində durur. Rusiya geri çəkilsə biz İran tərəfindən udularıq, ya da Türkiyə ilə İranın Səfəvi-Osmanlı savaşlarının döyüş meydanına çevirilərik.

Həmdə tarixi baxımdan bizim ölkə ona görə var ki, vaxtı ilə Rusiya İrandan bizim bölgələrimizi ayırmışdır. Yoxsa indi biz elə İranın bir hissəsi olacaqdıq.

Daha sonra Rusiyaya görə bizim millət başqa müsəlman xalqlarına nisbətdə bir az da olsa irəlidədir. Düşüncədə modernizmin əlamətləri var, dinçilik o qədər də qabarıq deyil. Bu çağdaş dünyaya uyğunlaşmaq imkanı verir. Daha sonra 19-20 yüzilliklərdə Məmmədquluzadə, Axundov, Haqverdiyev və başqa maarifçilərimiz elə Rusiyanın təsiri və himayəsi ilə fəaliyyət göstərmişdirlər. Ona görə də biz bu gün fəxr edirik ki. bizim maarifçilərimiz olub.

İndi bu Rusiya da bir böyük supergücdür ki, onun da siyasəti var. Bəli bir çox hallarda onlar ermənilərə dəstək olurlar. Ancaq ona görə yox ki, onları sevirlər. Çünki onların siyasətinə uyğundur. Ancaq başqa tərəfdən Azərbaycana da yardım edib bizi silahlandırırlar. Erməniləri oxusanız, onlar bunun üçün ruslardan narazıdırlar.

Amerikanlar bəs belə deyil? Ya avropalılar? Bəs amerikanlıların Azərbaycan əleyhinə olan konstitusiya maddəsi haqqında nə üçün fikirləşən yoxdur? Bəs onların Ermənistan və Qarabağa edilən maddi yardımlarını hara yazaq? Deyirlər Amerika sağ olsun, rədd olsun ruslar. Bəs bunları hara yazaq?

Ona görə də ağıllı olmaq lazımdır. Əslində kiməsə nifrət etmək yox, maraqlarımızı güdmək lazımdır. Rusiya ilə ağıllı siyasət, düşünülmüş addımlarla münasibətlər olmalıdır. Məqsəd onun-bunun yaxşılığı-pisliyi yox, bizim varlığımızdır. Bizim varlığımıza nə yardım edir, ondan istifadə edilməlidir.

Heç kəsə biz lazım deyilik. Ağılsız olsaq bizi əzəcəklər. O Ukraina üçün yanıb rusları söyən azərbaycanlılar düşünməlidirlər ki, o xaxolların arxasında dünya güçləri durub. Bəz siz kimə lazımsız ay bədbəxtlər? Sizin üstünüzə o söydüyünüz rus ordu töksə nə edəcəksiniz? Sizin üçün heç kəs dünyada səsini qaldırmayacaq. Ona görə də bəsdirin onun-bunun dərdini çəkdiniz.

Özünüz haqqında düşünün. Biz varıq və bizim maraqlarımız var. Başqa heç nə yoxdur. Rusla da, amerikanla da, lap şeytanla da münasibətimiz olmalıdır ki, işimiz getsin, bizi məhv etməsinlər. Bizim əbədi düşmənimiz olmamalıdır, əbədi maraqlarımız öndə olmalıdır.