İnsanlar haqqında nəticəyə gəlmək haqqında

22 may 2015

Bir dostum mənə dedi ki, bir yeni işçiləri gəlib. Gox mədəni qadındır. Özünü səliqəli, ağıllı, hamı ilə xoş davranışlı göstərib.

Dedim ona tələsmə. İlk təəssurat həmişə aldadıcı olur. Hər bir insan ilk olaraq özünü yaxşı göstərir. Çünki özünü səfərbər edir, mənfi özəlliklərini gizlədir. Ancaq adamın mənəviyyarında Xeyir yoxdursa, o özünü dayanıqlı olaraq yaxşı göstərə bilmir. Bu paslı boruya bənzərdir. Boru çürüyübsə, ona yamaq qoyurlar ki, bir müdət də işləsin. Ancaq bir vaxt sonra o borunun başqa yerləri çürüyür və bilinir ki o yararsızdır. Ona nə qədər yamaq vurursan vur, xeyri olmaz.

İnsanlar da belədir. Mənəviyyatlarında Xeyir həmən borunun möhkəm poladdan olması kimidir. O dayanıqlı olur, çürüklüyü olmur. Ancaq boruya xidmət edilməlidir ki, çürüməsin. Onu sarımaq, yağlamaq lazımdır. İnsan da öz mənəviyyatını zənginləşdirməli, ruhunu tərbiə etməlidir, Xeyrin nə olduğunu anlamalıdır.

Bu keyfittət yoxdursa insan ilk olaraq özünü yaxşı göstərir. Ancaq çürük boruda olduğu kimi, bir müdət sonra çürüklüyü üzə çıxır.

Ona görə də dostuma məsləhət gördüm ki, nəticələr çıxartmağa tələsməsin və o qadına etibar etməsin. Dedim ona ki, bir müddət də gözləsin və o qadını müşahidə etsin. Dedim həmdə çalış onu sıxıntılı durumlarda izləyəsən. Çünki insan azca sıxıntılara düşəndə onun həqiqi üzü ortaya çıxır. İnsan xeyirlidirsə, sınaqlardan başı uca, deyilsə onda rüsvayçılığı üzə çıxır.

Bir müddət sonra dostum dedi mənə ki, mən haqlı imişəm. Sən demə bu qadının bütün danışıqları yalan, davranışları saxta imiş. Doğrudan da ona etibar etmək olmazmış və onun gözəlliyi yalnız bir görüntü idi.

Mən də dedim ona ki, bundan sonra hər hansı bir adama rast gələndə onun haqqında nəticəyə gəlməyə tələsməsin. Çünki hər bir adam ilk öncə yaxşı görsənir. Ancaq zaman göstərir ki, o görsənti, ya da doğrudan da insanın təbiəti imiş?