Bir dissertasiya haqqında

6 iyun 2015

Bizim Azərbaycan elmində bəzən yaxşı alimlərər rast gəlmək olur. Ancaq təsüf ki, təsadüfi adamlar, mənsəbpətəstlər, elmin nə olduğunu anlamayanlar da çoxdur.

İndi bir belə halla rastlaşmışık. Mənimlə bir qadın işləyir. Başıbağlı namaz oruclu müsəlmandır. Müdafiə etmək üçün bir mövzu gətirib qoyub qabağımıza. O mövzunun adı da "İslamda sülh konsepsiyasıdır".

Bizim şöbəmizdə isə şükürlər olsun ki, istedadlı əməkdaşlar yetişib. Onlar elmin nə olduğunu bilirlər. Biz hamımız baxdıq bu qadının işinə və məsləhət gördük ki, başqa mövzu gətirsin. Çünki bu adlı mövzu elmi deyil. "İslamda sülh konsepsiyası" elmi yox, siyasi bəyannamədir. Burada tədqiqat yoxdur, bəyanat var.

Bundan başqa O boyda islam dünyasının sülh konsepsiyası yoxdur. İndi bu xanım onu düzəltmək istəyirsə, çox yaxşı. Ancaq bu işi o AMEA Fəlsəfə və hüquq institutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsi qarşısında deyil, BMT-də, İslam konfransı təşkilatında, dünya İslam qurumları qarşısında etməlidir. Yoxsa bizim İslam sülh konsepsiyası nəyimizə gərəkdir? Onu dünyada bəyan etmək lazımdır. Dedik bunu etsən, gələrsən bizə məlumat verərsən, sonra da biz deyərik ki, bu qadın dünyaya bəyan edib işini, biz də bunu təsdiqləyək.

Bu qadın da buna görə olub bizimlə düşmən. Başlayıb bizim hamımızla cihad etməyə. Güya biz bunun doktor olmasını istəmirik, buna həsəd aparırıq. Sonra da bizim onu görən gözümüz yoxdur kimi cəfəng iddialara keçdi.

Bundan sonra başladı bizim haqqımızda şikayətlər yazmağa. Əvvəl institutun direktoruna, sonra AMEA Prezidentinə. Sonra daha bilmirəm kimə yazacaq. O şikayətlərdə də böhtan atıb ki, güya onu şöbədə təhqir ediblər. Şükürlər olsun ki, o toplantının səs yazısı var və oradan bilinir ki, kobudluq olsa belə, bizdən yox, o qadından olmuşdur.

Bax beləcə işə düşmüşük bu qadınla. Heç nəyi başa sala bilmirik ona. Nə elmi dəlilləri, nə sağlam düşüncəni anlata bilmirik ona.

Bu məsələdə gənclik illərim yadıma düşdü. Bir dəfə bir dostumla oturub çay içirdik. O da mənə İslamın nə qədər yaxşı din olduğunu başa salırdı. O qədər təriflədi ki, axırda dedi: "İslam olsa, bütün dünyanın anasını ağlatmaq olar". İndi bu qadın da belə. Bütün dünya İslamının sülh konsepsiyasını yazmaq istəyirsən, onda get bütün dünyanın anasını ağlat. Bizdən nə istəyirsən?