Böyük alimimiz Əddin Şakirzadə haqqında

8 iyul 2015

Bizim br-iki nəfər Biləcərini keçmiş alimlərimiz var. Onlardan biri də rəhmətlik fəlsəfə elmləri doktoru Əddin Şakirzadədir. Onun adını nəyinki adi adamlar, hətta uzun illər işlədiyi AMEA Elmlər Akademiyası Fəlsəfə və Hüquq institutunda çoxları bilmir. Mən o kişini çox az tanımışam. Mən oraya gələndə Əddin müəllim az sonra öldü.

Mən eşitmişdim ki, o yunan filosofu Epikurun və onun məktəbinin araşdırmaçısı olub. Ancaq heç bilmirdim ki, sən demə o keçmiş Sovet İttifaqında bu sahədə tanınmış alim idi. Bunu mən elə bu yaxında bilmişəm. Çünki antik fəlsəfəyə aid işlər yazıram. Növbə Epikura gələndə başladın ədəbiyyat axtarmağa və gördüm sən demə bizim azərbaycanlı alimin adı hər yerdə var. Sonra bildim ki, sən demə bu kişi dünya üzrə tanınan fəlsəfə araşdırmaçısı Makovelskinin yetişdirməsi olub. Əddin Şakirzadənin "Epikur" adlı çox gözəl kitabı Moskvada 1963 ildə yayımlanmış və bu gün də bu sahədə ən yaxşı ədəbiyyanların içindədir. Rusiya alimləri ondan bu günə kimi istifadə edirlər.

Bu mənə çox ləzzət verdi. Çünki ilk dəfə mən azərbaycanlı alimin adını antik irsin ciddi tədqiqatçıları arasında gördüm. Orada ermənilər, yəhudilər, ruslar, ingilislər, fransızlar və s. hər zaman var. Ancaq Əddin müəllim tək azərbaycanlıdır ki, onların sırasındadır. Bəlkə də tək müsəlman əsillidir onların arasında.

Ancaq bizim institutda Əddin müəllimin adı nəyinki unudulub, hətta onun haqqında yaşlı nəsildən soruşanda, deyirlər ağır adam idi, çoxlarını müdafiə etməyə qoymurdu, onunla danışmaq olmurdu.

Ola bilər. Ancaq onun xassiyəti elmi fəaliyyətini məgər inkar edir? Başqa tərəfdən əsərinə baxanda gördüm ki, Əddin müəllim çox ciddi alim idi. Çox güman ki, o heç də ağır adam olmamışdır, sadəcə elmi tələb edirdi, təsadüfi adamları elmə buraxmırdı. Belə adamları pis adam adlandırırlar çoxları, çünki özləri heç bir şeyə qadir deyillər və elm nədir bilmirlər. Baxmayaraq ki, yüksək elmi dərəcələr alıblar. Mənə də çoxları ağır və pis adam deyir, çünki hamıdan elm tələb edirəm. Ona görə Əddin müəllim haqqında danışıqları ciddi hesab etmirəm.

Buyurun Əddin müəllimin "Epikur" adlı rusca monoqrafiyasını sizə təqdim edirəm. Buradan onu yükləmək olar.