Mutluluq nədədir?

17 iyul 2015

Deyirlər filan kəs mutludur, keyfi kökdür. Çünki pullu yerdə işləyir, pula pul demir. Başqaları deyir filan kəs mutludur. Çünki yadelli ölkəyə gedib, orada yaşayır; işi iş, pulu pul. Hamısı da yaxşı dolanır.

Ancaq bu nadan adamlar anlamışlar ki, mutluluq nədir. Stoaçı filosoflar deyirdilər ki, xoşbəxtlik öz təbiətinə uyğun həyat sürməkdir. Epikurçulara görə, mutluluq hər şeydən həzz alıb əzablardan uzaqlaşmaqdır. Platonçulara görə mutluluq ərdəmə və xeyirə ulaşıb tanrıya bənzər həyat sürməkdir. Sokratçılar deyirdilər xoşbəxt o adamdır ki, özünü tanıyıb. Həmdə hamıya görə, azadlıq mutluluğun şərtidir.

Həmdə platonçu filosoflara görə insanda əsas və ölməz olan hissə başda yerləşən Əqli ruhdur. Bundan başqa sinədə olan duyğusal və cinsi orqanlar tərəfdə olan ehtiras ruhları var. Əsas məsələ Əqli ruhu təmin etməkdir, çünki o Tanrının ölməz hissəciyidir. Onu təmin etmək yolları da yuxarıdakılardır. O ki qaldı duyğusal və ehtiras ruhlarına, onlar bədənlə ölür və Tanrıdan deyil.

İndi bizim bu insanlar xoşbəxtliyi nədə görürlər? Pulda, komfortda. Bu da nədir? duyğusal və ehtiras ruhlarının təmin edilməsində. Onlar da keçicidir. Bu ruhlar heyvanlarda da var. Onda qoyunla insanın nə fərqi var? O da qarınını otarır, insan da. Deməli xoşbəxtlik Əqli ruhu təmin etməkdədir.

İndi baxaq görək ki, o pullu işdə işləyən xoşbəxtdir, ya yox? Bunun üçün mən öz örnəyimi çəkim. Vaxt var idi mən vəzifədə olmuşdum, pulun da çox idi. Ancaq bunları saxlamaq üçün ürəyimə yatmayan işlərlə məşğul idim. Bu işdən də həzz almırdım, əzab çəkirdim. Vəzifəmi və pulu saxlamaq üçün onun-bunun qarşısında alçalıqdım, sərbəst həyat sürə bilmirdim, azad deyil idim. Müdiriyyətin qabağında başı aşağa gəzirdim. Ona görə də qazandığım pullar mənə xoşbəxtlik gətirmirdi. Ruhum zindanda idi.

Ailə də çox vaxt və xüsusi ilə Azərbaycanca boğucu və sıxıcıdır. Bu şəraitdə nə xoşbəxtlikdən söhbət gedə bilər? Hamı gənclərə xoşbəxtlik diləyir, ancaq əslində hamı bilir ki, onlar boyunduruğa girirlər. Deməli ailə də əzabdır və xoşbəxt olmaq istəyən ondan azad olmalıdır. Filosof Epikur demişdir ki, müdrik üçün özündən başqa heç kəs lazım deyil.

O zamanlar məni tanıyanlar deyirdilər ki, mən mutluyam çünki pulum var. Hətta mən özüm də nadan idim. Elə bilirdim bu mutluluqdur. Əslində isə bu zindan imiş. İndi anlayıram ki, o pullu-vəzifəli vaxtlarım əslində əzablar idi ki, filosoflar onlardan uzaq olmağı vacib bilmişdirlər.

Elə həmən şey də o xaricə gedənlərə aiddir. Nə üçün getmisən oraya? Ruhunu təmin etmək üçün, ya qarnını otarmağa, pul qazanmağa? Getmisən, çox yaxşı. Qarnın toxdur. Bəz ruhun? Yenə də aşağı olan duyğusal və ehtiras ruhları təmin olunur. Bəs Əqli ruh necə?

İndi isə mənim pulum azdır, ancaq fəlsəfə məni ruhun yüksəkliyi məqamına gətirib. O pullu vaxtlarımda deyil, məhz indi mən mutlu həyat sürürəm, mutluluğun nə olduğunu bilirəm.