Azərbaycan mankurtlarının 12 özəlliyi

18 avqust 2011.

Sayqılı Qazax arxadaşlarımız çoxlu sayda mankurt qazaxların ortaq özəlliklərini yazıb ortalığa çıxartmışdırlar. Bu da məni mankurt azərbaycanlıların özəlliklərini qələmə almaq fikrinə gətirdi. 12 sayı bir çox inanclarda müqəddəs sayılır. Elə mən də, onlar müqəddəs olsunlar deyə, elə 12 özəlliklərini qələmə aldım. Beləliklə, onlar aşağıdakılardır:

1. Azərbaycanlı mankurt rəsmi toplantılarda və yığıncaqlarda zorluqla, dili dolaşa-dolaşa Azərbaycan türkcəsində qonuşur. Bunu edərək, çoxlu rus sözlərini dilinə qatır. Çıxışdan sonra isə, hamı ilə dərhal yalnış rusca qonuşur. Bundan başqa, ingiliscə də bilir desinlər deyə, arada bir ingilis sözlərini də qonuşduğuna qatır.

2. Azərbaycanlı  mankurt öz ana dilini pis bilərək, özünü ən laiqli, yurdsevər bir kəs sayır, Azərbaycan türkcəsində düşünən, qonuşub oxuyanları isə aşağılayıb, onları �çuşka� sayır. Bunu edərək də riyakarcasına elinin mədəniyyətini sevdiyini deyir. Ancaq o özü, bu mədəniyyətdən heç nəyi öz yaşamında uyqulamır, yabancıların yaşamını üstün sayır.

3. Azərbaycanlı mankurt Azərbaycan türkcəsinin ölkə anayasasında tək bir rəsmi dil olduğu haqqında bildirişi çox pis qarşılayır. Rus dilinin tənqidinə qarşı etiraz edir.

4. Azərbaycanlı mankurt yabancılarla qonuşarkən öz yaşamında uyqulamadığı Azərbaycan mədəniyyətinin üstünlüklərini coşqu ilə vurğulayır.

5. Azərbaycanlı mankurt rusdan daha çox rus egitiminin (təhsilinin) Azərbaycanda qalmasını istəyir, bunun üçün əlindən gələni edir.

6. Azərbaycanlı mankurtun ən sevmədiyi anlayış �türk� sözüdür. O Azərbaycan elinin çoxusunun türk olduğuna qarşı çıxır, bu onun üçün böyük bir faciəyə çevrilir. O, Rusiyada onu �azer� ya da �azerbon� çağırılmasına, qalan dünyada isə ona iptidai insan kimi baxılmasına dözür. Ancaq türk olmasını boynuna almır. Çünki bunu etsə, böyük və zəngin tarixli bir elin adamı olar. Bu isə onun sorumluluğunu artırar. Türk adlanan üçün yabancıların qarşıdında qulluq etmək çətin olar. Azərbaycanlı mankurt isə buna çoxdan öyrəşib. Buna görə də o, öz türk tarixini danır, özünü Qafqazın kiçik boylarından (tayfalarından) qəldiyini deyir.

7. Azərbaycanlı mankurd hər zaman rusca danışır, Azərbaycanda rus mədəniyyətinin keşiyində durur, ancaq rusların özlərini sevmir, onları aşağılayaraq amerikanlara satmak üçün əlindən gələni edir.

8. Azərbaycanlı mankurt ikiüzlü olur. Başqalarırın mankurtları öz ölkələri ilə ellərini açıq pisləyirlərsə, bizimkilər özlərini üzdə Azərbaycanın yurdsevəri kimi göstərir. Ancaq içdə, gizli olaraq, milli mədəniyyətin payının azalması üçün çalışır, onu sevmir.

9. Azərbaycanlı mankurt üzdə özünü yurdsevər kimi göstərsə belə, bunu maddi bə piar gəlirlərinin gəlişi üçün edir.

10. Azərbaycanlı mankurt heç vaxt öz cocuqlarını Azərbaycan türkcəsində oxutmur.

11. Azərbaycanlı mankurt bəzən zorluq üzündən işlətdiyi Azərbaycan sözlərinə görə yabancıların qarşısında üzr istəyir.

12. Azərbaycanlı mankurt öz elinin içində yayılmış şiəliklə hənəfilik inanclarını bəyənmir, Azərbaycanda yayqın olmayan İslamın başqa axınlarına inanc bağlayır. Bəziləri isə başqa dinlərə keçir.


Сайт управляется системой uCoz