Qızıl kimi gənclərimiz haqqında

8 iyun 2016

Bir söhbətimiz oldu bu gün. Həmkarım hefsləndi ki, bizim millətin ən dəyərli oğulları o 4 günlük savaşda şəhid oldular. Dedi ki, onlardan bir çoxlarının kimliklərini oxuyub, bəzilərini isə tanımışdır. Onların hamısı yetənəkli, bilikli, kültürlü gənclər idi. Bunların ölümü bizim millətə böyük itkidir. Onlar kimi cocuqların əvəzini yetişdirmək olmur.

Sonra da dedi k, bir bax çevrəyə, nə qədər dəyərsiz insanlar var. Onların topluma və millətə xeyri yoxdur. Ancaq onun-bunun qeybəyini qırırlar, kimsələrin arxasınca danışırlar, zalımlıqlar edirlər, evləri yıxırlar. Bizim hökümətimiz nə üçün bu çayır-otu kimi həyasız və gərəksiz insanları cəbhəyə aparmır, o qızıl kimi gəncləri çaşırışa salır?

Dedim ona ki, ay kişi, elə yaxşı cocuqların dərdi elə yaxşı olmalarıdır. Onlar yaxşıdır, ağıllıdır, yetənəklidirlər, kültürlüdürlər deyə, yurdu da sevirlər, onun dərdi ilə bölüşürlər. Bu qızıl kimi cocuqlar orduda düzəni gözləyirlər, komandana tabe olurlar, ləyaqətlə vuruşurlar.

O ki qaldı dediyin mənasız varlıqlara, onlar o qədər yaramazdırlar ki, onları cəbhəyə buraxmaq olmaz. Onlar orada olsalar cəbhəni dağıdarlar, fitnələr törədib ordunu yox edərlər, düşmənə işləyərlər, vətəni satarlar. Onların burada xeyri yoxdursa, orada da xeyri olmaz.

Ona görə də hökümətimiz nə etsin? Məcburdur ən yaxşıları cəbhəyə göndərsin. Yoxsa ermənilər bütün ölkəni işğal edər.

Beləliklə yaxşı olmaq ağır yükdür. Onların dəyərini verən olmaz, onları təqib edərlər, anlamazlar, həyatlarını pozarlar. Ancaq elə onların üzərində bu millət durur. Az saylı bu millətin yaxşıları bütün millətin yükünü daşıyır elmdə də, cəbhədə də. Əvəzində isə onlara sağ ol da deyən olmur. O çayır kimi çoxalan yaramazlar isə onları hər zaman təqib edib yaşamağa qoymur. Bir qismi cəbhədə ölür, başqalarını isə burada öldürürlər. Budur bizim ağır gerçəkliyimiz.