Vəhdətil-Vücud haqqında

25 iyun 2016

Bu gün Fəlsəfə institutunda bir tədbir var idi, mövzusu da "Vəhdətil-Vücud" idi. Bu bir sufi təlimidir ki, orada Tanrı ilə qovuşma məqamları açıqlanır. Örnək üçün Nəsimi bu təlimin ardıcılı idi. Mən oraya getmədim.

Tədbir qurtarandan sonra əməkdaşlarımız gəlib dedilər ki, çox darıxdırıcı və üzücü bir toplantı idi. Mənə dedilər Aydın müəllim nə üçün siz gəlməmişdiniz?

Dedim onlara ki, orada yığışanlar "Vəhdətil-Vücud" haqqında çox danışarlar, ancaq onu yaşamazlar. Yaşamırlarsa, onda deməli danışıqları boş və mənasızdır. Çünki bu bir ruhi məqamdır, onun barəsində danışmaq yox, onu duymaq lazımdır.

Mən isə Şeyxəm. Mən o məqamı yaşayıram. Onun nə olduğunu bilirəm. Ona görə də mənim orada oturmağımın nə mənası? Onlar boş-boş danışacaqdılar, mən isə onlara güləcəkdim. Çünki "eşşək nə bilsin zəfəran plov nədir"?

Sizə isə ona görə darıxdırıcı oldu ki. Vəhdətil-Vücudu duymayan və onu yaşamayanların danışıqlarına qulaq asdınız. Əlbəttə mən orada olsaydım sizə maraqlı olardı. Sadəcə mənə belə yerlərdə olmaq olmaz. Çünki Vəhdətil-Vücud haqqında boş-boş danışanlar onu yaşayan haqqında deyərlər ki o dəlidir.

Ona görə onlar qoy danışsınlar. Mən isə sizin üçün burada hər gün Vəhdətil-Vücudu göstərirəm. Onu görmək istəyirsinizsə buraya gəlib məni oxuyun. Şeyx sizə yüksək məqamın anlarını əyani olaraq göstərir.