Böyük insanlar və onların soyları haqqında

29 iyun 2016

Bir gənc var, soyu ilə öyünürdü. Deyirdi mənim soyumda çoxlu tanınmış adamlar var. Onların siyahısını da gətirmişdir.

Dedim ona ki, soyiunda olanlar nə gözəl. Ancaq onlar sənin şəxsiyyətini zənginləşdirməz. Sən ayrı, onlar ayrı. O insanlar öz zamanında çalışdılar, özlərinə ad qazandılar. Onların adı sənə aid deyil, sən başqa adamsan. Onların adına uyğun olmaq üçün sən də çalışıb böyük işlər görməli, öz üzərində ölənə qədər işləməli, iradəli olmalısan. Bunu etsən, sənin soyunun siyahısını gətirməyin mənası da olmaz. İnsanlar özləri soruşacaqlar o kimdi? Onlara da deyəcəklər ki, bu adam filan soydandır.

Bununla sən öz soyunu da ucaldacaqsan. Yoxsa sən özün onlara layiq olmasan, onlarla öyünmən yalnız onları aşağılayacaq, hörmətdən salacaq.

Hələ bu harasıdır? Mən tanınmış adamların uşaqlarını, nəvələrini tanıyıram ki, onların adı ilə öyünür, özləri isə başqalarına pisliklər edirlər. Bununla da onların da adını batırırlar. Özləri heç nəyə qadir deyillər, ancaq atalarının adından danışıb başqa adamlara mane olurlar.

Özü də onlar elə düşünürlər ki, o atalarını hamı dillərdə saxlamalıdır. Halbuki, onların zamanı keçib. Onlar əbədi deyillər. Onların irsinin özərində yeni işlər görəmək lazımdır. Ancaq onların o yararsız nəsli, özləri heç nəyə qadir deyirlər deyə, onlarla özləri üçün ad qazanmaq istəyirlər ki, bu da mümkün deyil. Belədirsə, onlar ancaq başqalarının qanını qaraldırlar.

Beləliklə, bu günün olmasa keçmişlə öyünməzlər. Bu günü gurun ki, keçmişin də əhəmiyyəti olsun. Bu gününüz yoxdursa, onda keçmiş də mənasızdır.