Sabirin unudulması haqqında

2 iyul 2016

Bizim hörmətli professorumuz var Amerikanın Massaçussets Universitetində Nazim Məmmədov. O mənim bibioğlumdur. Çoxları gedirlər xaricə və heç nəyə nail ola bilmirllər. Oradan elə yazırlar ki, Azərbaycan pisdir, boş-boş danışırlar. Özləri heç nədirlər. Bizim Nazim müəllim isə gedib orada professorluq edir. Vətənini də unutmur, onu pisləmir heç zaman.

İndi prosessor yazdı mənə ki, "Sabir dahi bir şair və insan idi. O hər zaman aktualdir. Amerikada Mark Tven adlı məhşur satiraçı var idi, o Amerika cəmiyyətini gözəl təsvir edirdi ve indi də aktualdir amerikanlar ücün. Bizim Sabir də onun kimidir. Əfsuslar ki, Mark Tveni dünya tanıyır, Sabiri isə yalniz biz. Ancaq eybi yoxdur, təki Sabiri unutmayaq, unutmasaq düzəlməyimizə şans var".

Mən də yazdım professora ki, ay bibioğlu, Mark Tvenin ruhu şaddır. Bizdə Sabiri, Mirzə Cəlili, Mirzə Fətəlini nəyinki dünyaya çıxartmırlar, hətta yavaş-yavaş unudurlar. Onlar haqqında danışılmır, yazılmır. Onlar sanki yoxdurlar. Bircə mənim kimi başdanxarablar onları yada salır.

Çünki birincisi adamları yoxdur. Bizdə adamın olmasa heç nə düzəlmir. Pul da verə bilmirlər, çünki bu dünyada yoxdurlar. Lap elə olsaydılar, verməzdilər.

İkincisi, indi hamı dinçi olub. Sabiri, Mirzə Cəlili və Mirzə Fətəlini isə onlar kafir bilirlər.

Üçüncüsü isə, onların tənqid etdiyi adamlar elə indikilərdir. Nə dəyişib ki? Hamı onların yazılarında özlərini görür. Bizim millət isə tənqidə dözümlü deyil. Ona görə də qara gündədir. Cəhalət bürüyüb hər yeri. Diplomlu cahillərdir hər yerdə. Ona görə də Sabir kimilər onlara sərf etməz, onu üzə çıxartmazlar.

Belədirsə, düzəlməyimiz baş tutmayacaq.