Yeyəcəklərimizdə donuz qatqıları haqqında

10 dekabr 2017

Vaxtaşırı "halal" yeyəcəklərimizdə donuz qatğısının olması qalmaqalı ortalığa çıxır. Hər zaman bunun güya qarşısını alırlar, ancaq yenə də bu qalmaqallar bitmək bilmir. Özü də bu qonuz qatqıları təkcə sosis ya da kolbasalarda deyil, həmdə konfetlərdə, kekslərdə və başqa yeyəcəklərimizdə ola bilir. Hətta dərmanlarda da vardır.

Bunun da qarşısını necə almaq olar? Heç necə. Bu olub, var və olacaq. Hətta Səudiyyə, İran kimi fundamental İslam ölkələrində bu qalmaqallar olur.

Beləliklə müsəlmanların donuz qatqılarını yeməsi ehtimalı həmişə vardır. Bəlkə də onları hər gün yeyirlər, xəbərləri də olmur. İndi gör nə boyda günah sahibi olur möminlər!

İndi nə etməli? Çıxış yolu birdir. Donuz qatqılarının haram olmamasını elan edib bu biyabırçılıqlardan qurtarmaq. Çünki hər dəfə belə şey ortalığa çıxanda bütün dünya müsəlmanlara gülür. Həmdə onları halal biləndən sonra gör nə qədər müsəlman Allah qarşısında günahdan qurtaracaq, cənnətə girəcək!

Yəni fətva belə verilməlidir ki, donuz ətini yemək olmaz. Bu Quranda var və bunu heç kəs ləğv edə bilməz. Ancaq donuz qatğıları donuz ətinin yeyilməsi deyil. O çox az miqdanda qatılır, özü də bir neçə dəfə emal edilmiş halda. Əslində o qatqıların heç donuzluğu da qalmayıb, halları dəyişib.

Beləliklə bu kimi fətva verilsə hamının qalmaqallardan, biyabırçılıqlardan və günahlardan canı qurtarar. İslamı reform etmək zamanımızın tələbidir. Qalmışıq ortaəsr düşüncəsində ki, o zamanlar emal olunmuş qida anlayışı olmamışdı.

İndi xristian olanda nə olsun? Həvari Pavelin gözəl kəlamı var Əhdi-Cədiddə məhz donuz əti haqqında. Demişdir ki, insanı mürdarlayan onun içinə girən şey deyil, ondan çıxan şeydir. Yeyəcək haramını qabarmaqdansa, davranışda, sözdə, yaşamda, mənəviyyatda haramlığı və murdarlığı ortadan qaldırmaq lazımdır. Yoxsa bax qidada donuz qatqısı var ya yox? Ondan sənin mənəviyyatınmı düzəlir ya mədəniyyətinmi artır?