Müəllimlər tələbələrindən nə üçün narazıdırlar?

9 dekabr 2012 il

Bu bizim sayğılı müəllmlərin demək olar hamısı tələbələrdən narazıdırlar. Niyə? Çünki onların dərslərində tələbələr özlərini pis aparırlar, dərslərə qulaq asmırlar, oxumurlar.

Mən özün də müəllimlik edirəm və bunu görürəm. Deməli onlar doğru deyirlər.

Ancaq mən elə o müəllimlərlə rəsmi yığıncaqlarda oluram və görürəm ki, onların özləri də orada özlərini elə tələbələr kimi aparırlar. Öz aralarında söhbətlər edirlər, səs-küy salırlar, məruzəçilərə qulaq asmırlar. Deməli özləri də tələbələrdən farqlənmirlər.

İndi necə olur ki, o müəllimlər tələbələrin tayı olduğu halda, onlardan gileylənirlər, onları suçlu bilirlər, özlərini isə yox?

Bu da ondan irəli gəlir ki, müəllimlər özlərinə qırağdan baxmırlar, özlərini güzgüdə görmürlər, özləri nədir sualını vermirlər. Axı sən kimdənsə hərəkətinə görə narazısansa, onda gərək özün o hərəkəti etməyəsən. Edirsənsə, onda sənin kimisə suçlu görməyinə hüququn varmı? Əslində o tələbə də sənin etdiyini edir. Deməli sən onun haqqında bu sözləri deyə bilməzsən.

Mənim də dərslərimdə tələbələr özlərini elə bu çür aparırlar. Ancaq mən onlara güldən ağır bir söz demirəm, onlar haqqında başqa yerdə pis sözlər demirəm. Nə üçün? Çünki mən özüm də onlar kimiyəm. Rəsmi yığıncaqlarda özümü elə onlar kimi aparıram. Deməli mən özümə tənqidi baxıram, özümü görürəm. Belədirsə, onlar haqqında bir söz deyə bilmərəm.

Tələbə dərsimə qulaq asmayanda, mən özümü suçlu bilirəm ki, onlara maraqlı dərs demirəm, onları maraqlandırmıram. Çünki özüm də beləyəm. Rəsmi toplantılarda maraqlı məruzə olanda diqqətlə onu izləyirəm. Olmayanda isə qulaq asmıram.

Beləliklə hər şeyə fəlsəfi yanaşmaq gərəkdir. Bir şey haqqında danışanda, ilk öncə özümüzə baxmalıyıq. Özümüzü dərk etmək hər şeydən öncə olmalıdır. Ancaq özünü dərk etmə prosesinə çox az adam qatılır. Hamı başqalarını suçlayır, ancaq özləri haqqında xəbərləri yoxdur. "Özünü dərk et" prinsipi hamı üçün vacibdir. Bu olmasa nadanlıqda yaşayıb, nadan olaraq da bu dünyadan gedəcəyik.


Сайт управляется системой uCoz