Qanmazlarla danışmaq haqqında

10 dekabr 2017

Bir kişi ilə danışırdım. Deyir çalışıram özümü mədəni aparım, ancaq bunu edəndə hamı mənim başıma minir.

Dedim ona ki, qara camaatla, rəiyyətin çoxu ilə, qanmazlarla və başqa bu kimi insanlarla mədəni davranmaq olmaz. Çünki onlarla mədəni davrananda elə bilirlər sən hərifsən, loxsan. Onlarla bacardığın qədər aralı olmalısan, ilişkiyə girməməlisən. Ancaq ehtiyac olanda, başqa çıxış yolu qalmayanda onların dili ilə, onların hərəkətləri ilə onlara qarşı davranmalısan. Onda onlar sənə hörmət edərlər. Bir adam ki qanmır mədəniyyət nədir, onunla nə mədəniyyət? Mədəniyyəti yalnız mədəni, qanan, səviyyəli insanların arasında göstərmək olar.

Ona görə də məsləhət gördüm o kişiyə iki sifətli olsun. Mədənilərlə mədəni, qara camaatla isə çomaqla silahlanmış. Çünki qanmaz qara camaat yalnız o dili başa düşür.