Çimərlikdəki müşahidələrim

31 avqust 2014

Bu ay gedirdim dənizə. Bir gün də buraxmamışam. Orda məşq edib üzgüçülüklə məşğul idim.

Fikir verirdim ki, çimərliyə gələn millət hara gəlib başa düşmür. Hamı yeyib-içməklə, qazanlarla, bozbaşlarla gəlir ora, stol götürür və bütün günü oturub yeyir. Yemək qurtarmır. Birini yeyirlər, obirisi gəlir. 10 nəfər ailə oturub elə basır içəri gecəyə qədər.

Hərdən bir bir-iki nəfər dizə qədər girir suya. Sonra gəlir yenə də yeyir. Bu dənizə gəlir güya istirahət edib xeyir almağa, səhhətə qulluq etməyə. Ancaq o qədər yeyirlər ki, dənizdən nə xeyir? Ancaq qarın buraxıb gedirlər ordan.

Sonra baxıram arvadlara, qızlara. Güya abır-həyalarını saxlamaq istəyirlər. Yarıçılpaq çimərlik geyiminin üstündən şəffaf örtük də bağlayırlar. Güya onunla abırlarını saxlayırlar. Ancaq o örtük yapışır arxalarına, nə əksinə kişilərdə şəhvət oyadır. Şəxsən mən adi yarıçılpaq geyimli qadına çimərlikdə baxmıram. Çünki orada maraqlı deyil. Ancaq bu abırlı örtüklülərin arxa tərəfində qalır gözlərim.

Sonra obirilər əsl müsəlman qadınlarıdır. Geyimlə çimirlər. O da daha pis. Güya müsəlmançılıqlarını saxlayırlar, ancaq sudan çıxanda geyimləri yapışır bədənlərinə və bədənləri kişi üçün lap ləzzətli olur. Bütün çizgilər necə lazımdır görsənir.

Ay arvadlar, abır həyanızı və müsəlmançılığınızı saxlamaq istəyirsinizsə çimərlikdə, elə adi yarıçılpaq geyim geyinin. Onda sizə baxan olmaz. Yoxsa örtüklərlə, geyimlərlə kişilərin gözü qalır sizin arxa tərəfinizdə.