AXUNDOV NƏ DİNÇİ NƏ DƏ ATEİST İDİ

12 aprel 2013 il

Bu gün bir toplantıda idim. Orada biri çıxış edib dedi ki, Mirzə Fətəli Axundov və başqa aydınlarımız (maarifçilərimiz) ateist idi. Başqası da onunla dartışmalara başladı. Dedi ki Axundovu və başqa bizim aydınlarımızı aşağılama. Onlar ateist olmayıblar. Yalnız bəzi mənfi din adamlarını tənqid edirdilər.

Mənə bu söhbət anlaşılmaz gəldi. Məgər biz Axundovu onun ateist ya dinçi olması ilə dəyərləndiririk? O bizim görkəmli düşünürümüzdür, filosofumuzdur. Onun inancı nə olub bizə nə? Məgər biz inanca görə onu və onun kimiləri dəyərləndiririk, ya onların qabiliyyəti, ağlı, fəaliyyətlərinə, işlərinə görə? Lap elə ateist olsunlar onlar, sonra? Birincisi bu ayıb deyil, hər adamın öz işidir, ateist ya dinçi olmaq kimə nə?

Əslində isə Axundov, Məmmədquluzadə, Sabir və s aydınlarımız Volter, Didro, Russo kimi fransız aydınları kimi, nə dinçi, nə də ateist olmuşdurlar. Onların deism adlanan dünyavi baxışları var idi. Yəni onlar Tanrının varlığını inkar etməyərək, onun bu dünyada iştirakınına şübhə edirdilər. Deizmə görə Tanrı dünyanı yaratmış, sonra ondan aralanmış, hər şeyi insanın ixtiyarına vermişdir. Buna görə də onların hamısı aydınlatma yolunda idilər. Yəni insanı yüksəldərək, onu dünyanın aparıcı gücünə çevirmək məqsədini güdürdülər.


Сайт управляется системой uCoz