Demokratiya və azadlıq istəyən millətə

2013

 Bir toplum demokratiya istəyir. Deyir ki, diktatura rədd olsun. Ancaq özündən xəbəri yoxdur. Bu adamlarının ailələrində ər arvadı basır, bəzən də öldürür. Uşaqlar basğı altında böyüyür, simasızlaşır. Buna da milli-dini dəyərlər deyirlər. Cəmiyyətdə onun-bunun yanında başı aşağı gəzirlər. Bunu da böyüyə hörmət adlandırırlar. İş yerlərində böyük müdiriyyətə yaltaqlıq edirlər. Buna da inzibatçılıq deyirlər. Bir sözlə hər yerdə özləri basqını yaradıb bundan həzz alırlar. Heç kim yadfikirliliyə dözmür. Azca onların düşüncəsinə sığışmadığı seyi deyib-eləsən, deyirlər əxlaqsızdır. Hamı hamını əzir. İndi bu əzib-əzilməyə məyişətdə öyrəşən adamlar demokratiya istəyirlər! Deyirlər ki, hakimiyyət diktatorluqdur.

 Ay balam, sizin hərəniz bir diktatorsunuz, özlərinizdən bir xəbəriniz var? İndi bu basıb-basılan millət üçün demokratik hökümət olar? Demokratı siz elə gələn kimi yıxıb sürüyərsiniz. Üsyan edib hakimiyyəti yıxsanız belə, bir diktatorun yerinə bir başqa diktator gələcək. Buna görə də antik filosoflar düz deyib: "Hər bir xalq öz hakimiyyətinə layiqdir". Siz hara? - Demokratiya hara?