Dindarların müqəddəs hissləri haqqında

 Kiminsə haqqında deyirlər ki, o dindarların müqəddəs hisslərinə toxunur. Sonra onun özündən soruşsan ki, o özü müsəlmandır ya yox, mütləq deyəcək ki müsəlmandır. Başqa cür ola da bilməz, çünki bizim toplumda bunu təsdiq etməmək intihar kimi bir şeydir.

 Ancaq müsəlmandırsa, o müsəlmanların hisslərinə necə toxuna bilər? Bu mümkün deyil. Bunu edirsə, onda deməli özü üz hisslərinə də toxunur. Belədirsə, onda deməli o mazoxistdir, dəlidir. İndi kimin haqqında desələr ki, o dinçilərin hisslərinə toxunur, deməli o adam
1. Əslində heç kimin hisslərinə toxunmayıb (çünki özü müsəlmandır)
2. Ya da mazoxistdir, dəlidir (özü özünü vurur)

 Dəlidirsə, onda ona fikir vermək olmaz. Çünki dəli heç şəriətdə də etdiklərinə görə sorumlu deyil. Buna görə də heç kim bizim Azərbaycanda dinçilərin hisslərinə toxunmur. Bu bizim milli mentalitetə və ənənələrimizə də ziddir.

 Beləliklə "kimsə bizim dini hisslərimizə toxunur" sözlərində bir-biri ilə uzlaşmayan zaddiyətlər var. Buna fəlsəfədə antinomiya deyirlər. Deməli bu antinomiyanın parlaq nümunəsidir.

 Buna görə, ay millət, bəsdirin bu dini hisslərdən danışdınız, bizdə bu problem öz həllini tapıb.