Xaricdə yaşayan azərbaycanlılara sual

 Mən azca xarici ölkədə yaşadım. Doğrusu, o mühitə düşəndə artıq Azərbaycanda baş verənlərdən uzaqlaşdım. Çünki uzaq görsənirdi mənə, aktual deyildi mənim üçün. Mən tamam başqa yaşamda idim. O zaman elə oradakı adamlarla olurdum, onlarla yazışırdım. Çünki o mühit mənə doğma oldu.

 İndi görürəm ki, bu xaricdə olan azərbaycanlılar elə Azərbaycan resurslarındadırlar. Bu nə ilə bağlıdır? Deyillər bizə ki ay orada belə yaxşıdır, belə gözəldir. Biz burada diktarura ilə korrupsiyasındayıq, onlar isə xoşbəxt olublar demokratik ölkələrdə. Biz zəyifik, onlarsa irəliləyiblər, cənnətdədirlər. Hətta orada oturub bizə deyirlər ki, biz gedək hökümətimizə qarşı çıxaq və Qarabağda elə indicə vuruşaq, demokratiya quraq. Güya onlar dəyənək yeyib, erməni gülləsinin altına gedəcəklər. Uzaqda oturub, bizə göstəriş verirlər. Burada yaşamayaraq, buradan narazılıq edirlər.

 Orada belə yaxşıdırsa, burada nə gəzirsiniz? Elə oturun ingilislərin, amerikanların, fransızların arasında. Onlar ki böyük adamdılar, onlarda mədəniyyət-zad var!

 Bəlkə orada o gədər də özünüzü yaxşı hiss etmirsiniz, özünüzü tapa bilmirsiniz, o cəmiyyət üçün yadsınız? Bəlkə də onlar sizə elə zənci ya da ərəb mühacirlər kimi yuxarıdan baxır? Siz də lomkaya düşüb bunu etiraf etmirsiniz? Deyirsiniz hər şey yaxşıdır.

 Ya da bəlkə onların demokratiyanı görüb, iyrəndiz ondan? Ancaq bunu da etiraf etmirsiniz? Bir başa salın məni ki, Amerika, İngiltərədə, Fransada yaşayıb, oranı cənnət bilib, bizə diktaturada yaşayan kütlə kimi baxan kəs Azərbaycan resurslarında nə itirib? Nə üçün bizim başımıza uzaqdan ağıl qoymaq fikrinə düşüb?

 Bağışlayın, bəlkə kobud çıxdı bir az, ancaq doğrudan da mənə maraqlıdır. Çünki bununla hər zaman rastlaşıram.