Milli satqınlar haqqında

 Milli satqınlıq təkcə ermənilərə edilən xəyanət deyil. Ümumiyyətlə başqa millətin qarşısında öz millətinin maraqlarını satmaq, öz millətini aşağılamaq kimi əməllər də milli satqınlıqdır. Belə adamlara, harada olsanız nifrət edin.

 Özümdən bir örnək gətirim. 1981-83-cü illərdə mən Sovet hərbi-dəniz donanmasında matros olaraq qulluğ editdim. O zaman mənimlə bir neçə azərbaycanlı qulluq edirdi. Açığı, mədəniyyətləri o qədər də yaxşı deyil idi. Özlərini elə aparırdılar ki, başqa millətlərin yanında mən də üzüqara olurdur. Buna baxmayaraq, mən hər zaman onlarla idim, söhbətlər edirdim, hətta onlarla yumuruq davasına çıxırdım ki, özlərini adam kimi aparsınlar bizim hamımızı biyabır etməsinlər.

 Bir dəfə mənim yanımda bir neçə rus azərbaycanlılara qarşı söyüş söyüb millətimizi aşağıladılar. Mən buna etiraz edəndə, onlar dedilər mənə ki, bu sənə aid deyil, sənin o həmyerlilərinə aiddir. Dedilər, biz səni yaxşı tərəfdən tanıyırıq, yerlilərin isə alçaqlardır. Ona görə gəl sən bizimlə ol.

 Ancaq mən onlara dedim ki, nə olursa olsun, mən öz millətimləyəm. Sizin millətimə qarşı sözləriniz mənə də aiddir, çünki mən onlarlayam, sizinki deyiləm. Bunu dedim və bir rusu vurdum. Bizimkilər də məni dəstəklədilər. Bərk dava oldu orada.

 Bundan sonra bizim uşaqlar yavaş-yavaş özlərinə gəlməyə başladılar, artıq biz bir-birimizi eşidirdik, özümüzə hörmət qazandıq. Yəni o uşaqlar da dəyişdilər, özlərini yaxşı aparmağa başladılar.

 İndi sözümün canı odur ki, nə olur olsun, öz millətini başqasının ayağına vermək olmaz. Kim bunu edirsə, satqındır, onu elə satqın bilin. Hər bir insan çalışmalıdır millətini düzəltsin. Tənqid etsə də sevə-sevə, düzəltmək üçün etməlidir - pisləmək üçün yox.