Gənc yazarlara

 Son vaxtlar ərzində toplulumuzda ikiləşmə baş verir. Bir yandan geriçilər ənənəvi dəyərləri qorumaq istəyirlər. Ancaq gələnəkçi yaşamımızın 1001 problemləri vardır. Bir çox durumlarda milli gələnəklər və anlayışlar çağdaş zamanla uzlaşmır. Gələnəkçilər yeni düşüncəni boğmaq, ya da özlərinin istədiyi istiqamətə salmaq istəyirlər.

 Başqa tərəfdən yeni düşüncəli gənc soylar və onları dəstəkləyən yaşlı islahatçılar var. Onlar da geriçilərə qarşı çıxış edirlər. Bu normaldır, toplumun irəliləməsi üçün çox gərəkli olaydır. Mən özüm də bu axını dıstəkləyənlərdənəm.

 Ancaq yeni düşüncədə olanlar bir çox hallarda aşırılığa yol verirlər. Onlar ölkəmizdə və millətimizdə olan hər bir şeyi inkar etmək yolunu tutub, nigilizmə yuvarlanırlar. Onları oxuyanda, istənilən problemə yalnız etiraz görürəm. Belə çıxır ki, bizdə müsbət olan heç bir şey yoxdur, hər şey pisdir, başqa millətlər bizdən hər şeydə üstündür və s.

 Bu da realllığa uyğun deyil. Hər şey mənfi ola bilməz. Bu təbiətin qanunlarına da ziddir. Çünki hər bir pisin içində yaxşılıq və hər bir yaxşının içində bir pislik var.

 O yazarlarda öz mənliklərini önə çəkmək meyli də var. Onlara elə gəlir ki, onların fikri bir etalondur, bir idealdır. Hər şey onların düşündüyü kimi olmalıdır. Ancaq onlar bu yanaşmaları ilə yanılırlar. Çünki hər şey obyektiv, hərtərəfli araşdırılmalı, çeşidli yönlərdən baxılmalıdır. Həqiqət bir adamın fikri ilə üzə çıxmır. Bir fərdin fikri subyektivdir. Onun obyektiv gerçəkliyə uyğunluğu hələ subut edilməlidir.

 Bu kimi nigilistik yanaşmalar da millətə mənfi təsir edir. İnsanların arasında zəyiflik, heç bir şeyə yetərli olmamaq hissi, milli heçlik, aşağılıq havası yaranır. Bu da milli varlıq üçün problemlər yaradır. Millətin psixologiyasına mənfi təsir göstərir.

 Buna görə də gənc yazarlar və islahat yolunu tutan yaşlılar bu barədə düşünməli, aşırılığa yol verməməli, hər şeıə obyektiv yanaşmalıdırlar. Geriçiliyə qarşı çıxmaq lazımdır, ancaq bunu edəndə varlığımızı da sual altına qoymaq olmaz. Hər şey yaxşı olur orta həddə olanda. Hər hansı tərəfə aşırılıq olanda o şey korlanır. Bunu heç kəs yaddan çıxartmasın.

 Bu aşırı islahatşılıqla yenişilik elə geriçilərin etdiyi sonluğa gətirir. İfrat yeniçi millətə elə geriçi gədər zərbə vurur. Bunu yadınızdan çıxartmayın