Lupinosa rəhmət

20 mart 2013

1990-cı illərin əvvəllərində Tiflisdə bir gözəl insanla görüşdüm. Bu da Ukrailalı Anatoliy Lupinos idi. O üzün müddət Sovet hökümətinə qarşı mübarizə aparmış, tanınmış dissident idi. O illər boyu əqidəsinə görə türmələrdə yatmış, hətta qaynar bölgələrdə əli silahlı vuruşmuşdur. Əsl kişi adam olmuşdur. Onunla ünsiyyətdə olanda duymuşdum ki, bir kişi ilə söhbət edirəm. O onda mənə demişdir ki, ay gənc, elə bilmə ki, hər siyasi motivlərlə yatıb çıxmış adam ləyaqətli insandır. Onların çoxu yatan vaxtı sınrırılıblar, üzr istəyiblər, sovet höküməti ilə kizli əməkdaşlıq ediblər. Sınmamışlar çox az olub.

 İndi Allah Anatoliy Lupinosa rəhmət eləsin, dünyadan köçüb artıq. Bu Azərbaycan müxalifətində mən onun kimi mücahid görməmişəm. Türmədə yatıb çıxanlar da varımızdı, ancaq, çıxandan sonra özlərini şübhəli aparırlar. Görükür ki, sındırılıblar.

 İndi mən o müxalifətçiyə inanaram ki, yatıb çıxandan sonra nala-mıxa vurmasın, elə dediklərinin üstündə dursun, işləri ilə də bunu təsdiq etsin. Onda deyərəm ki hə, bu əqidəli adamdır, bunun səmimiyyətinə inanmaq olar. Yoxsa xarici qratlarla, bəlkə də elə əleyhinə çıxdığı hakimiyyətin dəstəyi ilə iş görənlərə nə inam ola bilər? Baxırsan ki, maddiyatdan hər şeyi əldə ediblər, özlərini müxalifət adlandırırlar. Deməli elə maddiyata qulluğ edirlər. Bunlar türmədə bir az yatsalar belə, sındırılacaqlar.

 Başqaları tutulan kimi haray salırlar. Halbuki yatıb-çıxmamış sən nəyə gərəksən? Sən işlərinlə sübut etməlisən ki, əqidəli adamsan. Gedib xaricdə konfranslarda çıxış etməklə iş bitmir.

 Sındırılmış adam isə nə müxalifətçidir? Əsl müxalifətçini parça-parça doğrasalar belə əqidəsindən, sözündən dönməməlidir. Allah sənə rəhmət eləsin, ay Anatoluy Lupinos!