Uşaq doğmamaq xoşbəxtliyi

3 oktyabr 2014

Uşaq doğmaq onlara qarşı ən böyük zülmdür. Nə üçün doğurlar bu uşaqları? Sadəcə proqramımız belə yazılıb. Bunu düşünmədən edirik. Ancaq əslində dünyaya gələn uşaq bütün həyatın əzablarından keçəcək, həyatı boyu əziyyətlər çəkəcək. Nə edəcəksə də heç nəyin xeyri olmayacaq. Çünki nə etdisə də onu ölüm məhv edəcək. İnsanlar özləri iztirablar içindədirlər. Uşaq doqduqca onları da iztirablara çəkirlər.

Uşaqları sevən gərək onları doğmasın. Kim uşaq doğub deyir onu sevir, əslində başa düşmür ki, onu sevmir, onu bədbəxt edib doğmağı ilə.

Bu nə dünyadır? Gəlirik, etdiyimizin də mənası yox. Nə etsək də onu zaman məhv edəcək, özümüz də ölmək üçün gəlirik bu dünyaya. İndi bu uşaqları doğmaqla nə əldə edirik? Heçnə. Onlar da öz növbəsində boş-boş yaşayıb olürlər.

Ona görə də sevirsinizsə uşaqları, onları doğmayın. Doğulmamış uşağa sevgi əsl sevgidir, onu dünyaya gətirib bədbəxt etmək isə sevgi deyil.
Heç bu dünyaya uşaqlar da lazım deyil. Artıq dünyada 8 milliard insan var. Yer kürəsi daha dözmür bu adamlara, sərvətlər tükənməkdədir. Ancaq bu insanlar elə doğur, doğur.

Biri ərə gedir, elə fikri doğmaqdır. Kim doğmur deyirlər bədbəxtdir. O bədbəxt deyil. Əslində doğmayan xeyir verir Yer kürəsinə də, kainata da. Cəmiyyətə də xeyir verir. Çünki hər doğulan uşaq bir problemə çevirilir. Gələcəkdə yalançı, oğru, qatil olur.

Beləliklə uşaqları olmayanlar darıxmasınlar. Əslində ən yaxşı işi onlar görür. Həm yeni həyat yaratmırlar, onu bədbəxt etmirlər. Həm dünyaya xeyir gətirib 8 milliard insanın üstünə birin də gətirmirlər. Həm cəmiyyətə də xeyir verirlər ki, daha bir naqis məxluqu dünyaya gətirmirlər, ona problemlər yaratmırlar. Həm də özlərinə xeyirdir uşağın doğulmaması ki, həyatı boyu onun əzabını çəkmirlər.

Xoşbəxtlik uşaqsızlıqdadır.

Uşaqlara qarşı heç bir hisslərim yoxdur. Hamı onları sevir, mən isə biganəyəm. Ona görə yox ki, ürəksizəm. Ona görə ki onların gələcəkdə olan bütün mənfi keyfiyyətlərini görürəm. Gələcəyin yalançıları, oğruları, mədəniyyətsizləri, qatilləri və s. məgər elə bu sevdiyiniz uşaqlar deyillərmi? Yaxşı insanlar da olur. Ancaq bunu bilmək üçün onlar böyüməlidirlər. İndidən onlar haqqında nə demək olar?

Ona görə mən uşaqları sevmirəm, onlara nifrət də etmirəm. Onlara qarşı biganəyəm. Mən böyük adamlara dəyər verirəm. Kim müsbət insandır, ona sayğı göstəritəm, mənfilərə isə nifrət edirəm..