Nə üçün Allah bizim üçün möcüzə yaratmır?

24 fevral 2013

Bu yaxınlarda bizim inanclılar gedib döyüş bölgələrində Qaeabağ azanı veriblər. Çox gözəl. İnsanlar öz borcunu Allah qarşısında yerinə yetirdilər. Ancaq Allah hələ ki işimizi düzəltməyib. Oxuyuram müqəddəs kitabları. Orada əski samilər üçün çox-çox möcüzələr etmişdir. İndi nə olardı bir bizim üçün də möcüzə edəydi? Gözümüzü açıb görərdik ki, Qarabağ bizimdir. Ancaq eləmir ki eləmir.

Allah səhrada qalan günahkar İsrail oğullarına halvanı göydən yağdırdı. Bəs bizə niyə belə möcüzə etmir? Məgər biz o buzova tapınmış israillilərdə pisik? İndi bu kişilər gedib orda azan veriblər. Nə olardı, bir möcüzə edib Qarabağı bizə verəydi? Necə olur ki, Yuşanın bir duası ilə Qüdsün divarlarını möcüzə ilə söküb, bizim üçün isə erməni istehkamlarını sökmür? Deməli ikili standartlar dini məsələlərdə də var.

O İsraillilər Misirdən çıxandan o tərəfə elə günah edə-edə gedirdilər. Musaya boyun əymirdilər, buzova tapındılar, amalikalılarla vuruşmaqdan qorxdular və s. Ancaq Allah onlara hər şeyi verdi. İndi 40 il səhrada qəzdilər, nə olar? Biz burda 150 il ermənilərlə vuruşuruq arada bir şey yoxdur. Günahlarımız da o israillilərdən çox deyil. İndi niyə onlara verir, bizə yox? İkili standartlar hökm sürür!