Özünü tanımadan başqa hər şeyin mənasız olması haqqında

21 Dekabr 2010

Mən topluma uyuşa bilmirəm. Amma buna görə kimsələri suçlaya bilmirəm. Çünki yaşadığım bu yurd, toplum, millətə layiq deyiləm. Məni çevrələyənlərin hamısı düzgün, doğru, ideal kəslərdirlər. Onlar hər şeyi doğru edib, yanılmırlar. Yalnız mən bu millətin doğru kimsəsi deyiləm, tək mən hər zaman yanılıram. Buna görə də özümdən qonuşacağam. Mən həmdə bu dünyanın ən özəl kimsəsiyəm.

Beləliklə, hər şeydə suçlu mənəmsə, onda yalnız özümü incələməliyəm, təhlil etməliyəm. Bu da doğru olar. Çünki başqalarının əskikliklərindən qonuşsam, onda onlar mənə “get bir özünə bax deyərlər”. Belə olmasın deyə, mən özümdən, ölkəmizin ən yetərsiz və alçaq adamı kimi qonuşacağam. Doğrudan da mən, elimin mutluluğuna əngəllər törədən kimsəyəm, onun irəlləyişini geriləyənəm. Eyniliklə, öz varlığımla, elimi rüsvay edirəm. Bunu boynuma almağın çağı gəlib çatmışdır.

Doğrusu, bunu anlayanlardan birincisi də deyilənm. Məndən öncə ku kimi düşüncələri mənim arxadaşım tanınmış yazar Ələkbər Əliyev “Mən əclafam” poetik kitabında ortalığa çıxarmışdır. Orada o, Azərbaycan türklərinin arasında ilk kərə özünü ən dəhşətli bir kəs kimi tanıtmışdır. Hələ beş il öncə yazılan bu kitabdan Azırbaycan toplumunun problemlərinin yalnız Ələkbərdən irəli gəlməsi bilindi.  

Mən, arxadaşım Ələkbər kimi özümü ələşdirə (tənqid edə) bilməyəcəyəm. Amma, onun metodunun, bizi çevrələyən dünyanı qavramaq üçün, ən yetərli olduğunu deməliyəm. Doğrudan da bu dünyanı, yalnız özünü tanıyaraq qavramaq olar. Çünki, özümüzdən ayrısını dolğun olaraq bilmirik. Amma özümüzü çox yaxşı tanıyırıq.  

 Bununla belə, bizim əskikliyimiz, özümüzdən, öz “Mənimizdən” qaçmağımızdadır. Biz, sürəkli olaraq, yaşadığımız problemlərdə özümüzü deyil, başqa kimsələri, bizi çevrələyən doğanı (təbiəti) suçlu sayırıq. İnsan özü-özünü tanımasa, gerçəkliyi də tanımaz.  

 Amma adamların çoxu bunu anlamır. Onlar öz “Mən”lərini ortalığa çıxarmaq, öz özlükləri haqqında düşüncələrdən qaçaraq, sarsıntılardan yaxa qurtaracaqlarını sanırlar. Ancaq bu özündən qaçış onlara heç nə verə bilməz. Hər kəs uğursuzluqlarının, mənəvi sıxıntıların nədənlərini yalnız özündə aramalıdır. Nə qədər özünüzdən qaçsanız, bu dünyanı anlayıb qavraya bilməyəcəksiniz, burada yaşayıb, ondan bilgisiz ayrılacaqsınız.  

Heç bir yetkin saydığınız idealınız sizi mənəvi boşluq, sıxıntılardan qurtara bilməyəcək. Siz bu duyğulardan qaçmaq üçün qutsallığa (müqəddəsliyi), musiqiçilərə, ailəyə, topluma, gözəl geyimlərə, Amerikan sayağı yaşama, Avropa dəyərlərində üz tutursunuz. Amma onların heç birində çözüm tapa bilməyəcəksiniz, başqa planetlərə qədər ucalsanız belə. Sizi çevrələyənlərdə sıxıntılarınız çözülməyəcəkdir. Çözümü yalnız özünüz haqqında olan dərin düşüncələrdə, özünüzü tanımaqda aramalısınız.  

 Mən, çoxluğun sıxıntılarla acılar keçirdiyi toplumda yaşayıram. Hamının ailədə, işdə, toplumla ilişkilərində zorluqları vardır. Yaşamla bağlı olan problemlər aşıb daşır. Bunlardan çıxış yolu tapmayanlar, onların varlığında özlərindən başqa hamını suçlu bilirlər, hamıdan gileylənirlər. Buna baxmayaraq, onların problemlərinə varanda, başqalarının deyil, məhz özlərinin hər şeydə daha suçlu olması açıq görsənir. Sadəcə onlar bunu boynuna almaqdan qaçırlar.  

 Görəsən nə üçün istənilən kimsələrin çoxu bunu anlamaqdan, problemlərinin kökünü özlərində görməkdən qaçırlar? Çünki, hər bir uğursuzluğlarının nədənini başqalarının üzərinə atmaq onlar üçün əlverişlidir. Bunu edərkən iş görmək, çabalamaq gərəksiz olur. “Mən nə edim, kimsə mənim işimi pozdu” sözləri o kəsi süstləşdirir, döyüşkənlikdən salır. O kəs hər bir uğursuzluğunda yalnız özünü suçlu bilsə, onda çabalamaq, işlərini düzənləmək zorunda qalır. Amma çoxları işləmək istəmir. Özlərini suçlu bilməyənlər öz üğursuzluqlarını daha da dərinləşdirirlər. Sonda onlar yığılaraq çoxalır, onları yox edir.  

 Buna görə mənim çevrəmdə olan çox kimsələr gileyli, başı aşağı durumda gəzirlər. Onlar hər şeydən məmnunzuzluq duyğuları keçirərək hamını öz çətinliklərində suçlayırlar. Bununla da toplumda özlərinə qarşı sayqılarını itirirlər. Onların iniltilərindən bezən başqa adamların çoxu isə heç də onlardan fərqlənmirlər, onlar kimidirlər. Sadəcə, onlar da öz problemlərinin yükü altında olub, onları çözə bilmirlər. Belə olanda kimsə öz problemləri ilə də onlarla bölüşəndə, onlara  qayıtsız (biganə) olurlar. Beləliklə də toplumda çoxluq iniltiyənlər gəzib dolaşır, çevrədəkilər isə də olanra isə onlara tüpürürlər. Tüpürmə açıq deyil, urəklərində olur. Amma tüpürənlərin də çoxusu elə onlardandırılar. Beləliklə çox adamların sayqısı (hörməti) yoxdur: nə toplumda, nə də ailədə.  

 Problemləri çözümləyə bilmədiklərinə, varıqlarının nədənlərini anlamadıqlarına görə uğursuz kəslər sıxıntılarından qurtarmaq üçün toplumda uğurlu yer tutmaqla çalışırlar. Onlar öz mənliklərini ortalığa çıxararaq, toplumda yer alıb bərkiməkdə çıxış yolunu görürlər. Onlar özlərindən yüksək düşünürlər; özlərini ən yaxşı, ən doğru sanırlar; yüksək görəvlərə, bu görəvlərdən əldə olunan çoxlu pul-paralara yetişmək istəyirlər. Əlbəttə buna çoxları yetişə bilməyərək, yaşamlarını uduzurlar. Sonda onlar boş yerinə yaşam sürdüklərini anlayırlar. Pul-paraya, yüksək görəvlərə yetişə bilən azlıq isə, yenə də məmnunluğa çata bilmirlər. Çünki qazandıqları sərvətlər yeni problemlər yaradır. Onların bədənləri məmnun olsa da ruhları iztirab çəkir. Axı dünya sonludur, az sonra sərvətləri özləri ilə birlikdə yox olacaq.  

 Beləliklə, toplumla uyğunlaşmaq üçün hər kəs öz işində məmnunluq duyğusunu keçirməlidir. Dərindən düşünəndə, hər şeyin gərəksiz olduğunu anlamaq olur. İnsan, nə qədər çox maddiyat əldə edirsə, o gədər də o sərvətlərin köləsinə çevrilir. Sonda bütün bunların gərəksiz olduğunu duyur. Heç nəyi əldə etməyənlər isə daha da çox iztirablar keçirirlər. Onlar heç nəyi əldə etməmələri duyğusunun köləsinə çevrilirlər.  

Bir çox kimsələr onlar haqqında kiminsə pis danışmasından, ya da düşünməsindən qorxurlar. Öz problemlərini çözə bilməyən, onların olmasında başqalarını suçlu bilənlənlər, hər şeydən həyəcanlanaraq sıxıntılar keçirirlər. Onlar özlərinin heç nəyi bacarmadıqlarını duyur, amma bu duyğulardan qorxub, onları özlərindən uzaqlaşdırmağa çalışırlar. Yalnız bilgələr (müdriklər) bu dünyada hər şeyin mənasız olmasını bilir, bu biliklə uyuşaraq yaşamlarını sürürlər. Bu bilgələr özlərinə qapanıb, hər bir problemin kökünü yalnız özlərində görərək, özlərini suçlu bilirlər. Bunu edərək, yetkinləşib, problemləri çözümləyə bilirlər. Sonda onlar yetkin kimsələrə çevrilərək, böyük olurlar. Bu böyüklük, özünü tanımaqdadır. Özünü tanımamış kəs dünyadan bilimsiz gedəcək. Çünki nə etsə də, ölüm onun etdiyini yox edəcək. Bunu anlayan da bilgə olur.

Bəs özünü tanıma nədir? İnsanın ondan başqa dünyada heç nəyin olmamasını anlamaqdır. Bilgəliyə yüksələn, onun özündən başqa dünyada heç nəyin olmaması duyaraq, yalnız özünü düşünür. O hər şeydə, hətta ən xırdalıqlarda məna görür, bu barədə düşünərək yetkinlik məqamına yetişir.  

 Yalnız özünü tanımış bilgə, onu çevrələyən dünyanı doğru dəyərləndirə bilər. Bu dünyada hər şeyə yol, özünü tanımadan keçir. Problemlərini çözmək istiyən, özünü bəyənmədən qurtarmalıdır. Özünü bəyənən, özgürlüyünü itirmiş olur, o dünyanı əyri görür. Bizi çevrələyən düzən hamıda özünü bəyənmə duyğusnu yaradır, bunun üçün əlindən gələni edir. Bu bir zərurətdir. Əsrlər boyu bu duyğu ayrı-ayrı formalarda çıxır: milli, dini, dünyavi,  demokratik. Onlar bir-birini dəyişir. Bütün bunlardan qurtarmaq gərəkdir. Bunu isə yalnız anlayanlar edər.

Hamı tanıma yolu ilə özünü anlamalıdır. Başqaları kimi olmaq istəyi, başqasının dəyərini özününkündən üstün bilmə sonda cəhalətə gətirir. Zəngin, ya da yoxsul olmalarınızdan asılı olmayaraq,  özlərini tanısanız, mutlu (xoşbəxt) olarsınız. Daha doğrusu, özünü tanıyan yoxsul, sərvəti çox olan adamdan daha zəngindir. Çünki o zəngin, öz sərvətlərinin köləsidir. Beləliklə, özünü tanımadan başqa, dünyada heç nə sizi məmnunluğa gətirə bilməyəcəkdir.