NEYNİRƏM PARTİYANI? VERİN MƏNƏ QIRTİYANI

10 04.13

İndi bir dəbə düşüb bu Suriya sorunu. Bundan öncə Fələstin, Qüds az deyilmiş kimi, hələ bu Suriya da gəldi üstünə. Bu ərəblərin işi məgər bizə qalıb ki, azərbaycanlılar hər gün bunlardan danışır? Bəziləri isə gedir orada vuruşub ölür!

Ay kişilər, bu ərəblər məgər bizim Qarabağımıza görə bir səslərini çıxardırlar? Onların çoxu heç bilmir, Azərbaycan nədir, o ki qaldı Qarabağ. Onlardan kim gəlib bizim üçün yaşamını ermənilərlə savaşda verib ki, bizimkilər gedib onlar üçün ölsünlər Suriyanın çöllərində?

Yadımdadır bir ərəb ölkəsində olanda bizə Fələstin sorunu haqqında mühazirə oxudular. Mühazirə bitəndən sonra mən arxadaşcasına onu aparana dedim ki, bizdə də Qarabağ savaşı var. O da mənə qayıtdı ki, O barədə burada danışma, çünki Fələstin hamı üçün önəmlidir. Başqa sorunlar onun yanında heçnədir. Mən də ona dedim ki, mənə sənin Fələstinin gərək deyil. Mənim üçün gərəkli olan öz ölkəmdir. Bax belə!

İndi də oxuyuram bu azərbaycanlıların yazılarını. Öldürürlər bir-birlərini ki, bu Əsəd yaxşıdır, ya ona qarşı ayaqlananlar? Sonra lənəti yağdırırlar İsrailə, Quds günü keçirdirlər. Ay balam bu yəhudi də ərəbin əmisi oğludur də. Sən azərbaycanlının nə işinə qalıb onların dartışmaları, savaşı? Özləri bilərlər. Özüdə sonda bilinirki, ayə sən demə bütün dartışmalar şiə-sünni dartışmalarıdır. Hər şeyin də kökündə budur.

Öncələr Yasamalda bir də Sovetskidə yaşayan bizim Xızı dağlıların bir çoxları damlara qır başmaqla dolanırdılar. Hamısınında həyətlərində qır tiyanları olmuşdur. Onların bir gözəl sözləri olmuşdur: "Neynirəm partiyanı (yəni kommunist partiyasını)? Verin mənə qırtiyanı"! İndi bu Suriya Fələstin Qüdsü neynirəm? O qırtiyanı mənə daha mənə doğmadır.