Kim nə deyər bizdə olan qeyrətə?

20 iyul 2013

Bu yaxınlarda iki xanımın söhbətlini eşitdim. Onlardan biri bizimki, başqası isə yabancı idi.

Bizim xanım o yabancıya bizim milli-mənəvi dəyərlərin üstün olmasını göstərmək üçün əldən-ayaqdan gedirdi. Deyirdi bizim yeməklərimiz ən dadlı, əxlaqımız yerində, insanlığımız hamıdan gözəl. O yabancı xanım üzdə də olsa onunla razılığını bildirirdi. Daha nə etsin? Qonaqdır, burada axı onu yedizdirib içizdirirlər.

Bütün bunları eşidərkən, mən gülürdüm. Özüm özümə deyirdim ki, ay xanım, dünyanın istənilən yerində dadlı yeməklər var. Elə bir Azərbaycanla məgər dünya qurtarır? O ki qaldı əxlaqa, milli gələnəklərə, burada nə üstünlüklərimiz var bizim? Sürü düşüncəsi, ikiüzlülük, basqı, insanın özgürlüyünü əzmək. Budur bizim əxlaq, bizim mentalitet, bizim gələnəklərimiz, adətlərimiz. Bütün Doğu (şərq) ölkələri bizdən də geridədir. Hələ yaxşı ki, burada 70 il Sovetlər olub, yoxsa başqa doğu ölkələrindən heç fərqlənməzdik.

Həmdə, ay azərbaycanlı xanım, bəsdir mənəm-mənəm dedin o avropalının yanında. Sən ondan üstün olsaydın, sənin mədəniyyətin yüksələrdi, sən Avroranı əlinə alardın. Yoxsa olmusan sümürgə (müstəmləkə). Üstün olan sümürgə olar? Yoxsa bəlkə nədəsə irəliləmisən? Yoxsa texnologiyaların var? Yoxsa vətəndaş cəmiyyəti, söz azadlığı, insan haqları alanında irəliləmisən? Nə ilə öyünürsən?

Sonra o xanım keçdi insan ilişkiləri haqqında danışmağa. Dedi bizim insanlar çox ürəyiaçıqdırlar. Bir də görürsən qohum-qonşu pulsuz-parasız gəlib sənin dərdinlə bölüçürlər, yardım edirlər.

Bunu eşidəndən sonra artıq dözməyib yaxınlaşdım o xanımıların yanına. Üzümü yabancıya tutub dedim: "Bu xanımım dediyinin yarısı doğrudur. Ancaq başqa tərəfdən, pulsuz-parasız iş görüləndə, hamı bir-birinin qarşısında borclu olur. Doğrudan da sən mənə yanaraq yardım etmisənsə, deməli sabah mən sənə yardım etməyə borcluyam. Etməsəm, başlanır inciməklər. Dediylər buna bax də, mən ona bu qədər yaxşılıq etmişəm, o isə mənə bir dəfə də etmədi. Ya da qarşılığını versən belə, deyəcəklər ki, istənilən səviyyədə etməmisən, biz səndən bundan da artığını gözləyirdik. Beləliklə hamının yanında adamın üzü qara olur. Sonra başlanır arxadan danışmaqlar, qeybətlər, daha sonra savaşmalar, incikliklər.

Beləliklə bizim bu xanımın təriflədiyi şey əslində pisliyə gətirir. Bu kimi, "ürəyiyanan" ilişkilər cox vaxt heç səmimi də olmur. Sadəcə bu kimi ilişkilər milləti sürü kimi saxlamaq üçün, hamının hamı qarşısında borclu olması üçündür. Son olaraq bu kimi toplum ilişkiləri insanlarda kölə psixologiyasının saxlanması üçündür.

Bina görə də, ay yabancı xanım, ən yaxşı ilişkiləri elə siz qurmusunuz. Hər şey para ilə ölçülür, yardımı isə özəl qurumlar edirlər. Belə olanda insan heç kəsdən asılı olmur, onun heç kəsə borcu qalmır. Deməli o özgür olur, sürünün bir üyəsi (üzvü) olmur".

Bu dediklərimi eşidən yabancı xanım öncə heç nə demədi. Sonra isə yaxınlaşıb mənə əlimi sıxdı. Dedi ki, dediklərimin hamısı doğrudur. Sonra dedi: "Mən doğu (şərq) ölkələrində çox olmuşam. Bütün dediklərinizi görmüşəm, təsdiq edirəm. Ancaq nə edim? Qonağam axı, bu kimi təriflərlə üzdə razılaşmasam, deyərlər ki sayğısızlıq edirəm".

Elə bu anda bizim xanım da yaxınlaşıb dedi: "Bir az düşünərək haqlı olduğunuzu anladım. Ancaq yabancıların yanında gərək özümüzü tərifləyək. Yaxşı deyil axı". Mən də dedim bax görürsən, bu da sənin öyündüyün milli əxlaq. Üzdə bir şey dedin, içdə isə başqa şey düşündün.

Bunu deyərkən düşdü yadıma rəhmətlik Sabirin "Kim nədeyər bizdə olan qeyrətə? Qeyrətimiz bəllidir hər millətə" seyri yadıma düşdü. Dedim özümə, 100 il keçib, ancaq bu şeyrin yenədə yeri var!