Qərb yolu haqdır ya batil?

24 avqust 2013

İnanclı müsəlmanlar arasında Qərb mədəniyyətinə münasibət heç də birmənalı deyil, daha çox mənfiliyə doğru meyllənir. Bu da bir stereotip yanaşmanın sonu baş verir. Bu stereotip də Qərbi əxlaqsızlıq yuvası kimi təsəvvürlərdən irəli gəlir. Ancaq bu bir tərəfli yanaşmadır. Çünki Qərbin hər sahədə irəliləməsini nəzərə alsaq görürük ki, Şərq insanının nəzərdə tutduğu əxlaq məsələləri orada heç də həlledici əhəmiyyət kəsb etmir.

Əxlaqa qalanda bu çox geniş anlayışdır. Nədəsə Qərb əxlaqı Şərq əxlaqına və mənəviyyatına uyğun gəlmirsə də, cox əxlaqi sahələrdə onu üstələyib. Məsələn, sosial sığortaların, pensiyaların bütün əhaliyə verilməsi məqər xeyriyyəçiliyin ən yüksək göstəricisi deyilmi? Bunları məhz Qərb tətbiq edib. Bundan başqa insan haqları, demokratiya, bərabərlik, vətəndaş cəmiyyətləri məgər mənəviyyata aid olan nailiyyətlər deyilmi? Onların hamısı yeni tarixdə Qərbdə tətbiq olunub.

Son zamanlar bəzi inanclı müsəlanlar artıq bu kimi sualları qoyib onlara cavablar axtarırlar. Onlar artıq anlayırlar ki, təkcə Qərbin pisləməsi ilə heç bir şeyə nail olmaq olmur. Ancaq bunu edərkən, hələ də təəssübkeş hisslərdən aralanıb, problemlərə obyektiv baxmaqdan qaçırlar.

Bir kərə sosial şəbəkələrdə bir müsəlmanın belə bir ifadə işlətməsinə rast gəldim: “Nə qədər batil ideologiya üzərində qurulsa da, Qərbin insan haqları və fərqli mədəniyyətlərin nəzərə alınması ilə bağlı prinsipləri şərqin diktatorluqlarından daha üstündü.”

Əlbəttə çox doğru iddiadır, ancaq bunu edən kəs Qərbin “batil” üzərində qurulduğu deməsi onun öz dediyinə ziddir. Çünki o mədəniyyət yaxşılığa doğru gəlişibsə, deməli “haqq”dır. Haqq isə batil üzərində qurulmaz. Ziddiyət bundadır.

Nə üçün də Qərbin yolu batil olsun ki, o hər sahədə bütün dünyanı arxada qoyub? Məgər bu inkişaf elə haqqın özü deyilmi? İnkişaf işıqdır, işıqsa haqqın ayrılmaz sifətidir.

İncillərdə bir müdrik kəlamı var: “"Bəhrələrinə (gördükləri işlərin nəticələrinə) görə tanıyacaqsınız onları (haq yolda olanları)". Bu doğrudan da çox dərin bir kəlmədir. Çünki kim nə edirsə etsin, nə gözəl sözlər deyirsə desin, son olaraq onun işlərinin sonu, gördüklərinin nəticələri, sözlərinin nəyə gətirib çıxartdıqları sualı ortalığa çıxır. Gözəl sözlər və vədlər çox ola bilər, ancaq nəticələr nədir? Onlar nəyə gətirib çıxardır?

Fəlfəsədə də belə bir dialektik qanun vardır: “Təcrübə həqiqətin göstəricisidir”. Bu da o deməkdir ki, nəzəriyyədə, sözdə olan şeylər səmərəli və yetərli sonluqla nəticələnməlidir. Bu olmasa onların həqiqət olmasını iddia etmək olmaz və yaxud onlar yalnız bir ideya, bir idealdırlar, kitablardan və düşüncələrdən başqa özlərini heç yerdə göstərmir.

Bax bu baxımdan Qərb mədəniyyəti özünü son yüzilliklər boyu doğrultmaqdadır. İstənilən sahədə praktiki olaraq irəlləyişini sərgiləyir, bütün bəşəriyyənin önündə gedir.

Beləliklə praktiki nəticələr baxımından yanaşılsa Qərb sivilizasiyası başqa mədəniyyənləri istənilən sahələrdə çox geridə qoyub. Buna görə də öndə gedəndi. Hamı ona çatmağa, onunla ayaqlaşmağa can atır. Belədirsə, nəcə ola bilər ki onun təməli batil olsun? O irəlidədirsə, deməli Tanrı elə onu dəstəkləyir. Dəstəkləməsəydi irəliləməzdi. Belədirsə, məncə elə Qərbin yolu bizim zamanımızın haqq yoludur.