QƏHBƏLİK VƏ XƏYANƏT HAQQINDA

16 04.13

Bir qadın haqqında dedilər ki, qəhbədir. Onu yatağında başqa kişi ilə sevişəndə görüblər. Özüdə gənc deyil, yetkin qadındır, uşaqları var. İndi hamı deyir ar olsun, yekə arvaddır və s.

Ancaq bu qadın nə etsin ki, həyat yaşayıb, hər yerdə qəhbəlik görüb. İkiüzlülük, yaltaqlıq, söz verib sözdə durmamaq, pul atmaq, rüşvət, korrupsiya, qohumbazlıq və s. İndi bunları edən bu sifətdə olanlar ona qəhbədir deyir! Halbuki qəhbəlik mənəvi də olur və o ən dəhşətlisidir. Mənəvi qəhbəlik pozğunluğun ən yüksək dərəcəsidir!

İndi bu kimi şeyləri edən kişilərin sadəcə qadın orqanı yoxdur ki, onu versin. Olsaydı verərdilər. Nədir o ayaq arasındakı deşik bu boyda biyabırçılıqların yanında? O qadın o yerini verdisə, kimə nə etdi? Kimin evini yıxdı? Bununla da iş bitti. Balam mal onundur, kimə istəyər verər. Kimə nə?

Məgər qəhbəlik elə bədənin verilməsindədir? Bəs o yuxarıda göstərdiyim hər gün rastlaşdığımız şeylər nə oldu? Necə olur, o qadın qəhbə olur, bunlarsa yox? Əslində qəhbə elə onlardır. Çünki başqa adamlara ziyan vururlar, toplumun düzənini pozurlar. O qadınsa məlakədir. Sadəcə özününkü olan ayağının arasındakı halal malını kimə istəyir, verir.

Bu qədər pozğun insanlar özlərinə baxmadan, özlərini görmədən elə bu kimi qadınları suçlayırlar, onlara qəhbə deyib, daşqalaq etmək istəyirlər. Güya bunu daşqalaq etdin, dünya düzələcək? Hamı öz mənəviyyatlarına girən qəhbəliyini o qadının üstünə atır. Deyir o qəhbədir, mən yox. Əslində isə min sifətlə yaşayan, ikiüzlü, mövqesiz, əqidəsiz olan hər bir kəs qəhbənin ən böyüyüdür. O qadın onun qabağında günahsızdır.

İsa Məsihin rəvayəti bizim toplumumuza necə də yaraşır! O bir fahişəni daşqalaq etmək istəyən yəhudilərə dedi: "Goy o qadına birinci daşı günahsız atsın!". İndi ey "günahsızlar", vurun o qadını!

O qadın haqqında həmdə deyirlər ki, o kişisinə xəyanət edib. Bu barədə də düşünülməlidir. Xəyanət nədir? Kiməsə, ya da nəyəsə sədaqətin pozulmasıdır. Bu ensiklopedik anlamdır. İndi hər bir insan verdiyi sözə, gördüyü işə, əqidəsinə və s. sadiq olmalıdır? Sözsük ki, olmalıdır.

İndi gəlin bu olayı araşdıraq. O qadın ərinə xəyanət edib. Başqaları da düşüb onun üstünə ki, xainsən və qəhbəsən. Etdiyinə görə hətta ölməlisən.

Ancaq, bununla belə, o qadını suçlayanlar özləri haqqında, öz xəyanətləri haqqında düşünmək istəmirlər. Deyirlər o qadın xəyanət edib, qəhbədir. Biz isə belə şey etməmişik. İndi o qadını suçlayanlar bir özləri haqqında düşüncələrə qapansınlar və etiraf etsinlər ki, özləri nə qədər yaşamları boyu xəyanətlər ediblər?

Bunu etsələr görəcəklər ki, sən demə onların özləri bu qadından dəfələrlə çox xəyanət ediblər. Birincisi, o qadını suçlayan bir çox kişilər öz arvadına xəyanət edib: gizli ya da açıq; başqa şəhərlərdə ya da aşna ilə yaxınlıq edəndə; ya da homoseksual ilişkiləri ilə. İkincisi, hər kəs neçə dəfə verdiyi sözdən yayınır, qaçır? Daha sonra, o qadını suçlayan kimə neçə dəfə pul, mal və s. atdığını yad etsin. Sonra yad etsin ki, necə adamın üzünə gülüb, arxasında onun evini yıxıb; neçə dəfə ona buna böhtan atıb, şərləyib. Daha sonra yad etsin ki, neçə dəfə əmanətə xəyanət edib. Bu siyahını hələ çox davam etmək olar.

Bu sualları qoyan adam anlayar ki, elə onun özü ən böyük xaindir. Həyatı boyu, hər an çevrəsində olanlara xəyanət edir. İndi bu xainlər yığışıb o qadını kişisinə xəyanətdə suçlayırlar! O qadın xəyanət edibsə belə, bəs onu mühakimə edənlər kimdir? Ondan betər olan xainlər! Bax budur həqiqət!

 “O qadın xəyanətinə görə ölməlidir” deyən bir kəs düşünsün ki, o özü etdiyi saysız xəyanətlərə görə gündə neçə dəfə ölməlidir?

Bax bu suallara cavab arayanda görürsən ki, o qadının günahı onu suçlayanlardan dəfələrlə azdır. İndi, ey o qadını xəyanətdə suçlayan xainlər, siz özünüz haqında düşünün. O qadın sizin yanınızda məlakədir! Çünki onun xəyanəti ancaq bədənlə olmuşdur. Əslində onun kişisinin heç bir yerinə ziyan dəyməmişdir. Əslində o qadın kişisinin namusu da deyil. Çünki ayrı bir şəxsiyyətdir. Etdiyindən sonra kişisi onunla ya barışıb, ya da ondan ayrıla bilər. Bu da onların öz işidir.

 Ancaq yuxarıda göstərdiyim xəyanətlər bədənlə edilənlərdən dəfələrlə pisdir. Onlar başqa adamlara zərbə vurur, onları yıxır, toplumu pozur, hamıya ziyan yetirir.

Beləliklə burada da, bədənlə edilən və mənəviyyata girən xəyanətlər vardır. Seçim qarşısında olanda demək olar ki, mənəvi və başqa çeşid xəyanətlər bədənlə edilən xəyanətdən daha pisdir!

Xanımın xəyanəti nədən irəli gələ bilər?

Bir gənc araşdırmaçı arxadaş mənim ərinə xəyanət edən xanımın haqqında düşüncələrimi oxudu. Dedi bəzi məqamlarla razılaşmır. Onun sözlərinə görə əxlaq var və onu pozmaq olmaz.

Mən də ona dedim ki, birincisi əxlaq nisbi anlayışdır. Onun konkret meyarı yoxdur. Hər adamın və toplumun öz əxlaqI və baxışları ola bilər. İkincisi isə əxlaq dəyişməz də olmur. Çünki hər bir şey dəyişir. Əxlaq da zaman və məkanla uzlaşaraq, gənclikdə bir, orta yaşlarda başqa, qoca yaşlarda bir başqa ola bilər. Yerdən də asılılıq var. Bir yerdə əxlaqa bir cür, başqa yerdə başqa cür baxılır.

Arxadaşım fikirə gedib, daha sonra dedi ki bununla razılaşmaq olar. Ancaq yenə də qadın ərindən üz çevirirdisə, gərək onu aldatmayaydı, ondan qanunla ayrıla idi.

Mən də ona dedim ki, doğrudur, belə olmalı idi... Ancaq gerçək həyatda məğər hə şey olduğu kimi olur? Məgər hər şey gəliblərə salınır? Məsələn sənə elə gəlir ki, bir kərə kiməsə verdiyin söz sonsuzluğa qədər gücdə qalacaq. Ancaq zaman keçir o söz də aşılanmaya məruz qalır, aktuallığını itirir. Sən də qalırsan seçim qarşısında: ya sözündən çıxasan, ya da illlər öncə verdiyin sözün quluna çevriləsən. Öncə istəyirsən bunu etiraf edəsən. Ancaq sonra baxıb görürsən ki, olmur. Reallıq belə gətirib ki, qarşı tərəf səni başa düşməyəcək. Buna görə də ikiüzlü olmağa zorlanırsan.

Bu qadında da belə ola bilərdi. İllər öncə sadiq olma andı vermişdir. Ancaq zaman keçib, həyat çevirilib, o qadın özü dəyişib. Axı 20 yaşındaki psixologiya 40 yaşındakından köklü olaraq fərqli olur. Artıq kişisi onun yanında dəyərini itirmiş olub. Bəlkə də o özü buna gətirib çıxardıb. Yəni öncə verdiyi soz və and aşılanıb, dəyərini itirib. Çünki zaman və reallıq dəyişib.

Ancaq o belə olanda ayrıla da bilmir ərindən, çünki artıq uşaqlar büyükdür, qohumlar, cəmiyyət bunu anlamayacaq. Beləliklə o düşür psixoloji sıxıntıya. Həyat da keçir. O qadın da düşünür ki, yaşa doluram, bir gün gürmürəm, sıxıntıdayam.

Bax bu durum onu xəyanətə sürükləyə bilər. Əslində isə bu belə də böyük faciə deyil. O xəyanət zaman keçdikcə başqa pozulan sözlərə, andlara bənzərdir. Axı başqa hallarda heç kəs hay-küy qoparmır. Bu hal da belədir. Sadəcə səs-küy ənənələrə görə çıxır. Ənənələrsə sağlam düşüncədən irəli gəlmir, çox zaman insan psixologiyasını, dəyəşmiş zamanı, fərqli reallıqları nəzərə almır.

İndi belə olanda faciə yaşamaq gərək deyil. Bu adi durumdur. Sadəcə belə şey kiməsə rast gəlsə, mən yazdıqlarımı yada salsın, qarşı tərəfi anlasın. Buna sürükləyən səbəbləri araşdırsın, əlini bıçağa atmasın, özündən çıxmasın. Bu halda ən uyğun çıxış yolu ayrılmaqdır, öldürmək yox. Çünki hər bir adam bu kimi durum qarşısında ola bilər. Heç kəs arxayın olmasın ki, onun başına belə şey gəlməz. Bu həyatdır, həyatda isə hər şey ola bilər.