Həqiqət çoxluqla ölçülmür

25 avqust 2013

Bəzən bəzi sünni müsəlmanların, özəlliklə də xaricdə olanların dediklərinə fikir verirəm. Onlardan bir çoxları iddia edirlar ki, sünnilərin sayı müsəlmanlar arasında ən çoxdursa, onda bu onlarıh haqlı olduqlarına dəlalət edir. Deməli İslam elə sünniliklə ölçülməlidir. Başqalarının fikirlərinə baxmaq gərək deyil.

Ancaq məsələ saydadırsa, onda ən haqlı inanc Katolik xristianlığıdır. Onların sayı bütün dinlərdən və təriqətlərdən çoxdur. Katoliklərdən sonra Konfusianlıq gəlir. Bir tək Çin bəsdir ki, say sərgiləsin. Sonra hind dinləri gəlir. Və ancaq bunlardan sonra sünni müsəlmanlar. Saya qalsa, İslamın bütün təriqətlərinin sayı Xristianlardan, Buddistlərdən azdır. İndi hansı müsəlman etiraf edər ki, onların təlimləri həqiqətdir?

Buna görə də say məsələsində həqiqət axtarmaq olmaz. Çoxluq səhv də edə bilər. Bəlkə də çoxluğun səhv etmə ehtimalı daha çoxdur. Çünki, çox adam bir şeyə yiyələnəndə hər şey ucuzlaşır, hətta oksigen belə azalır. Bir baxın, istənilən şey az sayla görülür. Çoxluq o yerə cumanda, hər şey xarab olur, ucuzlaşır. Hətta baxırsan, bir müdrik adam elə dərin fikir qiyur ortalığa ki, minlərlə adam belə ona yaxınlaşan düşüncə ortalığa qoya bilmir.

Buna görə həqiqəti sayda deyil başqa meyarlarda axtarmaq qərəkdir. Bir çox hallarda, elə azlığın görüşləri ağıla batan olur. Çünki adam kütləsi az olur, oksigen hələ ki tülkənmir.

Düzdür çoxluqda da həqiqət var, bəlkə də az deyil. Ancaq istənilən halda heç kəsi inkar etmək olmaz. Həqiqət bir zərrəciklərdir. Onlar hamıda var. Elə bir təlim yoxdur ki, başdan ayağa qədər həqiqətdən ibarət olsun. Sadəcə hamıya ciddi yanaşılmalı, heç kəs inkar olunmamalıdər. Əsas məqsəd hamıdan, hər bir təriqətdən, məzhəblərdən, başqa dinlərdən, hətta dünyavi təlimlərdən və ateizmdən bu həqiqətin zərrəciklərini alıb, onlardan faydalanmaqdır. Kim bunu edirsə, o da əsl həqiqətə yiyələnir!