Aşuranı tənqid edənlər haqqında

1 dekabr 2013

Aşuranı və ümumiyyətlə şiə ənənəsini tənqid edənlər iki cürdür.

Bunlardan biri laiklərdir, dünyavi adamlardır. Bunların baxışları diqqətə layiqdir. Çünki onlar tənqid edilənin əvəzinə heç bir ideolojini gətirmək niyyətində deyillər. Belə adamların çoxu irəliləyici baxışları olan ziyalılardır.

İkincilər isə sələfilər kimi İslamın başqa təriqətlərinin ardıcıllarıdır. Onlar bu adətləri ona örə tənqid edirlər ki, onun yerinə öz ənənələrini gətirsinlər. Deməli bir ənənəni başqası ilə dəyişmək üçün çalışırlar.

Belədirsə, bu bizim nəyimizə gərəkdir? Qoy elə şiəliyin Aşurası qalsın. Buna öyrəşmişik. Yoxsa obirilər gəlib məgər bundan yaxşısını gətirəcəklər? Aşuranın nəyi pisdir? Orada adamlar özlərini döyürlər. Bu onların haqlarıdır. Təki başqaları ilə işləri olmasın.

Başqa təriqətlər olsa, onlar özlərini deyil, başqalarını vura bilərlər. Bunu dünyada görürük. Ona görə şükür et, ay millət Aşuraya. Bundan da betəri ola bilər.