Minsk yaşıl şəhər

Minsk şəhərinin ən parlaq gözəlliyi onun yaşıllığındadır. Daha doğrusu bu heç yaşıllıq da deyil. Sadəcə şəhər meşələrin içindədir. Burada çoxlu parklar var, hamısı da meşəlikdir.

İndi baxıram bizim Bakımıza. Bəli gözəlləşir şəhər. Ancaq nəyin hesabına? Tikintinin. Yaşıllıq isə yoxdur. Olan-qalanı da baltalayıb, yerində binalar tikirlər.

Bulvarda da Bakı iğliminə uyuşan ağacları deyil, baobabları əkirlər ki, onlardan nə fayda? Ağac kölgəlik üçündür. Yayın istisində o baobabın kölgəsində sərinləmək olmur.

Onu da deyim ki, Minskdə də modern tikinti gedir, ancaq meşələr qırılmır.

İndi hansı şəhər daha gözəldir - ağaclığı olmayan modern binalı Bakı, ya da meşələr içində olan Minsk? Məncə Minsk Bakıdan gözəldir. Çünki orada təbiilik vardır. Hava vardır. Bakıda isə hər şey sünidir. Təbiilik qalmayıb. Hər şey reklama, özünü göstərməyə, öyünməyə həsr edilib. Bəli öyünürlər ki, bizdə baobablar var. Ancaq nə gözəl olardı ki, burada Bakının tut ağacları, çinarları, başqa yarpaqlı ağacları olsun ki, o dəmir beton binalardan başqa bir təbii gözəlliyi də olsun.

Bu olmasa, Bakı yenə də gözəldir, ancaq bu gözəllik faydasızdır, qurudur, ruhsuzdur, iç məzmunu yoxdur. Bakının hər şeyi ruhsuzdur, Minskin isə hər bir küşəsi mənəviyyatla, iç məzmunla doludur.