Kəmiyyət keyfiyyətn dəyişilməsinə gətirəcəkmi?

4 avqust 2014

Fəlsəfədə kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliyinə çevilimləsi haqqında dialiktik bir nəzəriyyə vardır. Bu nəzəriyyəyə görə istınilən artım, həcmin çoxaldılması, sayın çoxluğu, pulun-paranın çoxluğu və başqa amillər gerçək dəyişiklərə gətirməsə, onların mənası olmur. Ancaq artımsız da dəyişiklik olmaz. Nəsə öncə çoxalmalı, şişməlidir ki, o partlayıb nəyisə dəyişsir. Deməli kəmiyyət artımı zəruridir, ancaq kifayət deyil.

İndi bu qanunu bizim savaşımıza tətbiq etsək görərik ki, kəmiyyət baxımından elə bil hər şey yaxşıdır. Millətimiz sayca çoxdur, ölkəmizin maddi imkanları genişdir, yeni silahlar alınır, ordu möhkəmlənir, Azərbaycan inkişaf edir və s.

Ancaq bu kəmiyyət dəyişiklərinin keyfiyyət dəyişikliklərinə çevirilməsi prosesi hələ ki baş verməmişdir. Başqa sözlə kürə getdikcə şişir, ancaq partlayış baş vermir. Bu da erməni ordusuna qalib gəlmək ola bilər ki, bu da hələlik baş vermir.

İndi mən bilmirəm cəbhədə nə baş verir, heç bilməli də deyiləm. Çünki savaş zamanı xəbərlər az verilir, bunu anlayıram. Müdafiə nazirliyi haqlıdır xəbərlərin gizlədilməsində. Ancaq çox ümid edirəm ki, heç olmasa bu dəfə keyfiyyət dəyişikliyi baş versin və heç olmasa bir rayonumuz azad olunsun. Yoxsa bizim kəmiyyət artımımızı bilirəm, burda bir yenilik yoxdur, ancaq keyfiyyət dəyişikliyi xəbərini hələ ki almamışam.