Cənnətə Fələstindən yox, Qarabaq cəbhəsindən girmək haqqında

1 avqust 2014

Bu İsrail məsələsi çətin məsələdir. Deyirlər ki, onlar müsəlmanların düşmənləridir. Ancaq baxıb görürük ki, İsrailin qırdığı müsəlmanlar bir-birlərini dəfələrlə çox ğırırlar. Özüdə qıranda bir-birlərini müsəlman deyil kafir sayırlar. Deməli onda belə çıxır ki, İsrail orada kimi qırır - müsəlmanları, ya kafirləri bilinmir. Məsələn İsrail şiələri qıranda sünnilər hesab edir ki onlar kafirləri qırır. Sünnilər qırılanda isə şilələrə körə kafirlər qırılır. İran ordan bağırır ki, İsrail müsəlmanları qırır. Halbuku Səudiyyəlilər tərəfindən dəstəklənənləri müsəlman saymır. Səudiyyə yönümlülər də şiələri qıranda onları kafir sayır. Hələ başqa cərəyanlar da var orda - ələvilər, ixvanlar, təkfirçilər və Allah bilir kimlər ki, onların hamısı bir-birini kafir sayır.

İndi bu Azərbaycan sünni-şiəsi işini güçünü atıb qalıb İsrail söhbətini apara-apara ki, onlar müsəlmanları qırır. Ancaq heç cür anlamıram mən ki, bunlar bir-birlərini kafir saya-saya orda İsrail necə olur ki, müsəlmanları qırsın? Hər bir halda belə çıxır ki, İsrail kafirləri qırır, çünki müsəlmanlar özləri bir-birini kafir sayır.

Beləliklə məntiq pozulmuş olur.

Ancaq əgər İsrail orada müsəlmanlara yox, ərəblərə qarşı həmlələr edir, onda məntiq düz olur. Bu əslində cuhud-ərəb savaşıdır. Bunun müsəlmanlıqla əlaqəsi yoxdur. Belədirsə, onların davası onların şəxsi işidir. Sizə nə, ay Azərbaycan şiə-sünnisi? Sizin öz erməni səvaşınız vardır.

Gedib Suriya, İraq, Fələstində vuruşanda siz İslam üçün deyil, ərəblər üçün vuruşursunuz. Nə üçün? Ərəb üçün vuruşmaqdansa gəl elə erməni ilə vuruş də. Axı orada sən onsuzda kafirsən. Çünki sənin məzhəbindən olmayanlar səni kafir sayır. Bizim cəbhəmizdə isə kafirlər yalnız ermənilərdir. Burada şiə-sünnilər müsəlman olur, Yaxın Şərqdə yox. Deməli cənnətə siz Qarabağ savaşında girə bilərsiniz, İsrailə lənət yağdıraraq, ya da Suriya-İraqda vuruşaraq yox!