2014 Ramazan bayramınız mübarək!

28 iyul 2014

İndi bayramdır, qalmışam belə ki bu gün bayramla təbrik edim ya sabah? Nə edim ki, yüzilliklər keçib, ancaq müsəlmanlar hələ də dəqiq təqvim düzəldə bilməyiblər. Hətta 21 yüzillikdə bu boyda imkanlar, riyazi hesablamalar var, ancaq yenə də bu təqvim düzəlmir.

Yaxşıdır ki, müəssisələr bu təqvimlə işləmir, təyyarələr uçmur və s. Yoxsa bu təqvimlə işləsəydik aləm dəyərdi bir-birinə. İqtisadiyyat dağılardı, təyyarələr havada partlayardı.

O boyda Şamaxı rəsədxanası işini-gücünü atıb bu Ramazanın tarixini təyin etmək istəyir. Onu da edə bilmir. Ay canım, bütün kainatın hesablamalarını verir, bircə bu müsəlman təqvimini düzəldə bilmir. O boyda teleskoplar ulduzları görür, ancaq ayın çıxmasını Ramazanda görmür. Allahın möcüzəsinə bax-eeee!

Bu köpəkoğlu kafirlərə baxıram. Onlar heç vaxt şübhə etmir ki, bu il fevral ayında 28 gün olacaq. İndi 4 ildən bir 29 gün olanda hamı onu qabaqcadan bilir. Heç kəsdə şübhə olmur.

Ancaq bu mömin təqvimində bütün insanlığın elmi uğurlarına baxmayaraq, bilinmir ki, bu ay Ramazanda 29 gün olacaq, ya 30? Hər dəfə ixtilaf düşür.

İndi nə edək? Möminlik çox çətin işdir. Kafirlərə nə var ki? Vay müsəlmanların halına.

Nəyisə bayramınız mübarək olsun ya bu gün, ya sabah.