İlk olaraq adam ol!

2 avqist 2014

Bir məsələ də düşündürücüdür. Deyirlər filan yerdə müsəlmanları qırırlar, müsəlmanlara zülm verirlər və s. Ancaq bir sual verən yoxdur ki, bəlkə müsəlmanlar özləri haqsız olublar deyə bu günə düşüblər? İndi müsəlman olanda nə olar? Bu məgər o deməkdir ki, biz müsəlmanıq deyə hər zaman elə müsəlmanların tərəfini tutmalıyıq? Bu məgər qəbiləçilik, tayfaçılıq, yerlibazlıq deyilmi? Müsəlman haqsızdırsa, mən nə üçün onun tərəfini tutmalıyam?

Örnək üçün mən getmişdim Rusiyaya. Orada gördüm ki, azərbaycanlılar özlərini çox pis aparırlar. Elə buna görə də ruslar onları döydülər. İndi mən məgər azərbaycanlıyam deyə, haqsız olan o azərbaycanlıları dəstəkləməliydim? Yox, o azərbaycanlıları haqlı olaraq dömüşdürlər. Onlar buna layiq idilər.

İndi müsəlmanlıq da belədir. Nəsə olursa, öncə baxmaq gərəkdir ki, bu məsələdə kim haqsızdır. Haqsız olanı dəstəkləməzlər, bu ədalətsizlik olar. Çünki hər bir insanın haqqı vaq, dinindən, millətindən asılı olmayaraq. Kimin haqqı tapdalanırsa, onu dəstəkləmək gərəkdir.

Xülasə, mənim üçün fərqsizdir, kim müsəlmandır, kim başqa dindəndir. Əgər müsəlman haqsızdırsa, onu dəstəkləmirəm.