NARKOTİKLƏRİN LEQALLAŞMASINA "YOX" DEYƏK! ÇÜNKİ...

20.04.13

Azərbaycan Avropa dəyərlərini mənimsəmək yolunu tutub bu yolla da addımlayır. Bu yaxında Milli Məclisimizdə fahişəliyin leqallaşdırılması məsələsi səsləndi. Bu da təbiidir. Avropalılaşma bunsuz olmaz. Sonra da homoseksualların leqallaşmasımı gündəmə çıxaracaqlar. Bu da təbii. Məgər bunlar bizdə yoxdur? Var axı. Olub, var və olacaq. Deməli onların leqallaşması problem deyil. Məgər onlar leqallaşsa hamı fahişə və homoseksual olacaq? Əgər insan təbiətində bu yoxdursa, olmayacaq. Çoxunda da yoxdur. Bu leqallaşma təhlükə törətmir. Əslində mənəvi fahişəlik və homoseksuallıq toplumu dağıdır. Bu isə bizdə aşıb daşır. Bunu yasaq etmək gərəkdir. Ancaq etmək olmur. Bədən fahişəliyi bunun yanında müqəddəslikdir.

Bu barədə bu qədər. İndi biz Avropa yolu ilə getsək, onda axı narkotikləri də leqallaşdırmalıyıq. Əslində bu da problem deyil. Məgər spirtli işkilər bizdə yoxdur? Narkotik almaq da problem deyil. İstəyən onu tapa bilər. İndi biz spirtli işkiləri ala bilərik. Ancaq məgər bundan sonra bizim adamlar sərxoşluğa qurşanıb? Heç də yox. Çox az adamlar bu xəstəlikdədirlər. Əslində spirtli işkilər açıq satışda olmasaydı, elə həmən adamlar onu gözli tapıb içəcəkdirlər.

Narkotik də elədir. Olsa da açıq satışda heç də hamı narkoman olmayacaq. Azlıq olacaq, o da indi də var.

Ancaq, buna baxmayaraq, fahişə və homoseksualları leqallaşdırmaq olar. Çünki mal onlarındı, özləri bilərlər kimə verərlər. Kimə nə?

Narkotikləri isə Azərbaycanda leqallaşdırmaq olmaz. Nə üçün? Çünki onda bizim polis işsiz qalar. Sosial gərginlik artar. Axı cinayətlərin statistikanı oxuyanda görürük ki, canilərin çoxu elə narkotiklərlə bağlı cinayətlərdə suçlanırlar. İndi narkotiklər leqallaşsa, bizim polis nə edər? Axı onlar da insandır, dolanmalıdırlar, balaları var!

Hətta siyasətlə bağlı adamlardan narkotik çıxır. Onları da bu aracla tuturlar. İndi bu olmasa, milli təhlükəsizliyimiz necə təmin olunar?

Ona görə də avropalılaşmağın da bir cızığı olmalıdır. O millətimizə ziyan yetirməməli, insanlarımızı işsiz qoymamalıdır, milli təhlükəsizliyimizə ziyan vurmamalıdır. Belə olarsa biz Avropaya etirazımızı bildirməliyik!

Deməli fahikləşəli homoseksualların leqallaşmasına OY verək! Narkotiklərin leqallaşmasına YOX deyək.