Mənim nənəm Pəri Əliyeva (Həsənzadə)

Pəri Əbdül Hüseyn qızı Əliyeva (Həsənova) — jurnalist, müəllimə, Azərbaycanın ilk ali təhsil almış qadınlarındandır. 1923-1926-cı illərdə Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının rəhbəri Dadaş Həsənovun bacısı idi.

Pəri Əbdül Hüseyn qızı Əliyeva (Həsənova) — jurnalist, müəllimə, Azərbaycanın ilk ali təhsil almış qadınlarındandır. 1923-1926-cı illərdə Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının rəhbəri Dadaş Həsənovun bacısı idi.
Həyatı və fəaliyyəti[redaktə]

Pəri Həsənova 1908-ci ilin aprel ayında Bakıda varlı tacir ailəsində anadan olmuşdur. Atası Məşədi Əbdül Hüseyn varlı tacir idi. Ailəsini ermənilərin Qarabağda törətdiyi qətliamlardan qorumaq üçün Pərinin təvəllüdündən bir qədər əvvəl ailəlikcə Şuşadan Bakıya köçmüşdür. Burada onun neft buruğu da olmuşdur. Böyük sərvət qazanmasına baxmayaraq 1920-ci ildə qurulan Sovet hakimiyyəti onun bütün əmlakını müsadirə etmişdir. Bundan sonra ailəsi təqiblərə məruz qalmışdır. Bu təqiblər Pərunin qardaşı Dadaş Həsənovun güllələnməsindən sonra daha da şiddətləndi.

Ancaq buna baxmayaraq Pəri Həsənova 1926-ci ildə Bakı Qızlar (Ünas) məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Lisaniyyat (Dilçilik) söbəsini bitirir. Təhsil illərində o dövrün məşhur müəllimləri professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqridən, çox tanınmış şərqşünas professor P. Juzedən dərs alır.

1931-ci ildə Az.DETİ-nin Dil və Ədəbiyyat bölməsinin aspiranturasına qəbul olunur.

O 1930-cu illərdə Gülarə Qədirbəyova ilə birlikdə Bakıda nəşr olunan "Şərq Qadını" jurnalında çalışır, 1934-1935-ci illərdə jurnalın məsul katibi olur. Onun məsul katibliyi ilə işıq üzü görən "Şərq qadını" jurnalının 1935-ci ilin 1-8 sayları Bakının M.F. Axundov adına kitabxanasında saxlanılır.

Məmməd Səid Ordubadinin məşhur "Qılınc və Qələm" romanının ilk redaktoru idi.

Pəri Həsənova 1934-cü ildə İskəndər Əliyev ilə ailə həyatı qurur. Evlilikdən sonra Əliyeva familiyasını qəbul edir.
Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR Yüngül Sənayesinin Xalq Komissarı, Birinci Cağıriş SSRI Ali Sovetinin deputatı olmuşdur.
Gulperi.jpg

Buna görə də onunla ailə həyatı qurandan sonra Pəri Əliyeva və onun yaxınları sovet rejiminin təqiblərdən qurtara bilmişdirlər. Ancaq 1938-ci ildə İskəndər Əliyev "xalq düşməni" elan edilərək həbs olunmüş, Qazaxstana sürgün edilmişdir.

Bundan sonra yenə də təqiblər dövrü başlanmışdır. Həyat yoldaşının həbsi ilə əlaqədar olaraq Pəri xanım "Şərq Qadını" jurnalında tutduğu vəzifədən kənarlaşdırılır. Bir müddət Azərbaycan Dövlət Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışır. 1941–ci ildə iş bacarığına görə həmin muzeyin müdiri vəzifəsinə təyin olunur. Lakin 1942-ci ildə ona və ailəsinə olan aramsız təqiblərdən qorunmaq üçün Bərdə rayonuna köçməyə məcbur olur. Bərdə şəhər orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini davam etdirir. 1953-cü ildə Bakıya qayıdır və burada 51 saylı axşam orta məktəbində (indiki 189 №-li məktəbin binasında yerləşirdi) rus dili və ədəbiyyatı fənnindən dərs deyir.

1955-ci ildə həyat yoldaşı İskəndər Əliyevin bəraət alıb Bakıya qayıtmasından sonra təqaüdə çıxır və ictimai fəaliyyətlə məşğul olmur.
Pəri Əliyeva 1992-ci ilin noyabrında Bakı şəhərində vəfat etmişdir.

 

Pəri xanım quhumları ilə çəkdiyi şəkil. Tarixi məlum deyil.

 

"Şərq qadını" jurnalında çalışan zaman redaktor Gölarə Qədirbəyova ilə çəkdiyi şəkil (1933-34)-cü illər

 

Babam İskəndər Əliyevlə evlilik şəkili 1934-cü il

 

Tələbəlik bileti, 1926-1931-ci illər arası

 

Universiteti bitirəndən sonra. Təxminən 1931-1933-cü illər

 

Fikrət Əmirovun anası ilə. Tsxaltubo, Gürcüstan, 1962

 

Bacısı Gülsəba ilə 1930-cu illərin sonu

 

Mən və bacım Nərgizlə, 1973 il

 

================================================================

 

Pəri xanım "Şərq qadını" jurnalının məsul katibi (1934-1935)


--------------------------------------------------------------------------------------------------------------------------------


-----------------------------------------------------------------------------------------------------------------------


-----------------------------------------------------------------------------------------------------------------------------


-------------------------------------------------------------------------------------------------------------------------------