İkonaların əleyhdarlarına qarşı mübarizə

O dövrdə daha bir məsələ bütün xristian dünyasının diqqət mərkəzində idi. Bu ikonalara (yunanca “eikon”) münasibət məsələsi idi. Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi və onlara edilən ehtiram və sayqı kütləvi hal almışdı. Bu sayqı bir çox hallarda onlara sitayişə çevrilirdi.

Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Kesariyalı Yevseviy də olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı. Bundan sonra ikonalara qarşı çıxış edənlərin sayı artmışdı.

VIII əsrdə bu məsələ ilə bağlı ixtilaflar daha da gərginləşmişdir. Bir çox tədqiqatçılar bunun səbəbini İslamın yaranması və surətlə yayılmasında görürdülər. İslamın vahid Allaha şəriksiz və vasitəsiz ibadət edilməsi ideyaları xristian aləminə təsir göstərmişdir. Bundan sonra ikonaların əleyhdarlarının çıxışları daha da şiddətlənmişdir. Onlar, Konstantinopolisdə 754-cü ildə öz Kilsə Məclisini yığaraq ikonaları yasaq etmişdilər. Daha sonra onlar, hətta Bizans imperatorlarının siyasətinə təsir edə bilmişdilər. İkona əleyhdarlarını dəstəkləyərək, imperatorlar xristian ruhaniyyətinin və rahiblərinin həddindən çox artmış ictimai və siyasi nüfuzuna zərbə vurmaq, onları zəiflətmək məqsədini güdürdülər. Faktiki olaraq onlar klerikalizmlə mübarizəyə qədəm qoymuşdular.

İkona əleyhdarları hərəkatına dəstək verən ilk Bizans imperatoru Leo İsaurus (716-741) olmuşdur. Sonra bu siyasəti onun oğlu Konstantine Kopronimus (Constantine Copronimus) (741-770) və nəvəsi Leo Xəzər (770-775) davam etmişdilər. Sonra imperatriça İrina (Eirene) (775-802) və ondan sonra gələn imperatorlar Nikiforus (Nikiphorus) (802-811) və Mixael (811-813) ikonaların tərəfdarlarının mövqeyini dəstəkləmişdirlər. Lakin bunlardan sonra hakimiyyətə gələn imperatorlar Leo (813-820), Mixael (820-829) və Teofilos (829-842) yenidən ikona əleyhdarlarının mövqeyini dəstəkləmişdirlər. Yalnız 843-cü ildə ikona tərəfdarları, son olaraq, imperator Teodorusun zamanında qələbə çalmışdırlar.

İkona əleyhdarlarının üç qrupa bölünmüşdü:

1. Bəziləri ikonaları kilsədə saxlamaq şərti ilə, onlara sitayişə qarşı çıxış edirdilər.
2. Digərləri ikonaları rədd edərək, başqa müqəddəs kilsə əşyalarını inkar etmirdilər.
3. Üçüncü qrup isə, ikonalarla birlikdə bütün müqəddəs əşyaları rədd edirdilər.

İkona əleyhdarların Müqəddəs Kitabdan gətirdikləri dəlillər aşağıdakılardır:
- «Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə» (Qanunun təkrarı, 5: 8).
- «Və fani olmayan Tanrının izzətini, fani olan insana, quşlara, dördayaqlılara və yerdə sürünənlərə bənzəyən bütlərə əvəz etdilər» (Romalılara, 1: 23).
- Onlar Tanrının həqiqətini yalana dəyişdirdilər və Xaliq əvəzinə məxluqa pərəstiş və ibadət etdilər. O Tanrı ki, əbədi olaraq mübarəkdir» (Romalılara, 1: 25).

Buna cavab olaraq, ikonaları müdafiə edən, Dəməşqli Yohannes[1] (Ioannes Damaskenos) ki-mi məşhur xristian ilahiyyatçıları deyirdilər ki, İlahilik insan şüurundan və hissiyyatından xaric olsa belə, o müəyyən qədər mad di aləmdə özünü göstərir və görünməyən şeyin obrazı, təcəssümü ola bilər. İnsan isə həm maddi və həmdə ruhi bir varlıq olduğu üçün, duyulan İlahi simvollara onun ehtiyacı vardır.Onların vasitəsi ilə o, İlahiyə yüksələ bilər. İsanın isə İlahi mahiyyətindən başqa insani mahiyyəti də vardır və buna görə də onu təsvir etmək olar. Əgər o öz tələbələrinə görsənibsə, deməli şəkil vasitəsi ilə başqa adamlara da görsənə bilər. Lakin onların opponentləri ikonalara sitayişi bütpərəstliyin əlaməti sayaraq onların dəlillərini rədd edirdilər.

754-ci ildə keçirilən Kilsə Məclisindən sonra ikona tərəfdarlarına qarşı təqiblər başlanmışdı. Bu hadisələr imperiyada hətta vətəndaş qarşıdurmasına gətirib çıxarmışdı. Bizans imperiatorları tərəfindən dəstəklənən ikona əleyhdarlarını Roma papazları II Qreqorios və ondan sonra III Qreqorios pisləmişdir. Onlar artıq Bizans imperatorlarına tabe olmamaları haqqında bəyanatlarla çıxış etmişdilər və onları bütün


Dəməşqli Yohannes
İtaliya  dəstəkləmişdi.

VIII əsrin axırlarında ikona əleyhdarlarının hərəkatı zəifləmişdir. Bundan istifadə edən Bizans imperatriça İrena (Eirene) ikona tərəfdarlarını dəstəkləyərək VII Ümumdünya Kilsə Məclisinin yığılması haqqında təşəbbüslə çıxış etmişdir. Bu məclis 786-cı ildə Konstantinopolisdə yığılmışdır. Orada ikona tərəfdarları ilə əleyhdarları arasında şiddətli ixtilaflar baş vermişdi. Buna görə Məclis öz işini dayandırıb, növbəti iclaslarını yalnız bir ildən sonra davam etdirə bilmişdir. Nəticədə ikona tərəfdarları qalib gəldilər. İkona əleyhdarlarının mövqeyi heres elan edildi.

802-ci ildə İrina hakimiyyətdən devrilib sürgün edildi. Bundan sonra patriarx Teodotus (Theodotus) yenidən ikona əleyhdarlarının mövqeyini dəstəklədi. Bundan sonra yenidən ikona tərəfdarları təqib edildi. Bu hadisələrə son qoyan növbəti patriarx Metodius (Methodius) oldu. 843-cü ildə o, yeni Kilsə Məclisini yığmışdır və orada VII Ümumdünya Kilsə Məclisinin qərarları təsdiq edildi.



[1] Dəməşqli Yohannes (675-753) - Dəməşqli Yəhya. Şərq Kilsəsinin ən tanınmış ilahiyyatçılarından biridir. Əməvi xəlifəsi Müaviyənin yaxın adamlarından biri idi və onun saray adamı olmuşdur. Lakin sonra sarayı tərk edərək, rahib oldu. Dəməşqli Yəhyanın bəzi əsərləri rus dilinə tərcümədə burada yerləşdirilmişdir.

GERİYƏ