OLAYLARIN XRONOLOJİSİ
Elçiliköncəsi dönəm
Miladi təqvimlə |
Olaylar |
571 |
Məhəmməd peyğəmbərin doğulması |
575 |
Süd anası olan Həlimənin yanında beş il olandan sonra Mədinəyə qayıtması |
577 |
Anası Əminə və onun qulluqçusu Ümm Əymanla atası Abdullanın məzarını ziyarət etmək üçün Mədinəyə yollanması
Əminənin Əbva bölgəsində ölümü |
577 |
Əbdülmütəllibin Məhəmmədi himayəsinə götürməsi |
579 |
Əbdülmütəllibin ölümündən sonra himayəçiliyin əmisi Əbu Talibə keçməsi |
583 |
Məhəmmədin əmisi Əbu Taliblə birlikdə ticarət karvanı ilə Suriyaya yollanması
Suriyada Bəhirə adlı rahiblə görüş və Məhəmmədin elçi olacağı bildirişinin dilə gətirilməsi. |
588 |
Məhəmmədin Yəmənə gedişi |
591 |
Qureyşlilərin qeyslilərə qarşı “Müqəddəsliyə qarşı sayqısızlıq” savaşı
Məhəmmədin “Doğruluq istəyənlər” toplumuna qatılması |
595 |
Xədicənin işlərinin düzənləndirilməsi üçün Məhəmmədin Suriyaya ikinci gedişi |
596 |
Xədicə ilə evlənməsi |
606 |
Məhəmmədin Kəbənin yenidən qurulmasından sonra qureyşlilər arasındakı yaranmış çəkişmənin çözməsi və "qara" daşın onun divarında quraşdırması |
Elçiliyin Məkkə dönəmi
Tarix |
Olaylar |
|
Miladi təqvimlə |
Elçiliyin başlanmasından |
|
610 |
1 |
Hirə dağında ilk Tanrı açıqlamasınin alması
Məhəmmədin yaxın qohumlarının və arxadaşlarının İslama gəlmələri |
613 |
3 |
Səfa təpəliyində İslamın ilk açıq xütbəsi |
615 |
5 |
Məkkədə müsəlmanların güdülməsi
Müsəlmanların Efiopiyaya ilk köçü |
617 |
7 |
Müsəlmanların Efiopiyaya ikinci köçü
Qureyşlilərin köşkünlərin qaytarılması üçün Efiopiya kralının yanına elçilərinin yollaması
Haşimilərin başqa Məkkə soyları tərəfindən "boykot" edilməsi |
619 |
9 |
"Boykotun" sonlanması
Xədicə ilə Əbu Talibin ölümü |
620 |
10 |
Məhəmmədin Taifə gedişi
Məhəmmədin gecələrin birində möcüzə sonu Qüdsə gedişi və oradan göylərə yüksəlməsi (isra və meracı)
Əqəbədə birinci bağlılıq sözverməsi (beyəti) |
621 |
12 |
Əqəbədə ikinci bağlılıq sözverməsi (beyəti) |
Elçiliyin Mədinə dönəmi
Tarix |
Olaylar |
|
Miladi təqvimlə |
Elçiliyin başlanmasından |
|
622 |
1 |
|
623 |
2 |
Mədinə çevrəsində yaşayan ərəb boyları ilə ilişkilərin qurulması Yalvarış yönümünün (qiblənin) Qüdsdən Mədinəyə dəyişməsi
|
624 |
2 |
Məkkəlilərlə qarşıdurmanın başlaması, Bədr döyüşü, ikiüzlülər (münafiklər) dəstəsinin yaranması, Kaynuka adlı yəhudi boyu ilə qarşıdurma və onların Mədinədən köçürülməsi |
624 |
3 |
Uhud döyüşü |
625 |
4 |
Nadir adlı yəhudi boyu ilə qarşıdurma və onların Mədinədən köçürülməsi |
6 26 |
4 |
Müsəlmanlara qarşı olan və Suriya yönündəki Dümmətül-Cəndəldə yerləşən bədəvilərə qarşı yürüşlər; Müstəliq boyunun darmadağın edilməsi |
627 |
5 |
Qureyza adlı yəhudi boyu ilə qarşıdurma və onların darmadağın edilməsi
|
628 |
6 |
Qureyşlilərlə Hüdeybiyyə barışının bağlanması Başqa ölkə başçılarına məktubların yollanması Yəhudi tayfaları ilə daha bir qarşıdurma və Xeybərin alınması |
629 |
7 |
Bəzi Qureyş başçılarının İslama gəlməsi |
629 |
8 |
Bizansla ilk qarşıdurma: Muta döyüşü, müsəlmanların düzənli geri çəkilməsi |
630 |
8 |
Məkkənin alınması, Kəbənin bütlərdən təmizlənməsi, Məhəmmədin məkkəliləri bağışlaması Ərəbistanın çeşidli bölgələrində bütlərin dağıdılması Bütlərə tapınanların son təpkiləri: Hüneyn döyüşü, müsəlmanların Taifi çevrəyə alması. |
630 |
9 |
Bizansla ikinci qarşıdurma: Təbuk yürüşü "İkiüzlülərin" yenilməsi, müsəlmanların "Dirar" məscidini" dağıtması Ərəb boylarının İslama gəlməsi və Məhəmmədin yanına təmsilçilərinin yollaması |
631 |
9 |
Məkkənin alınmasından sonra düzənlənən müsəlmanların ilk həcci Ərəbistanda İslamın surətlə yayılması |
632 |
10 |
Məhəmmədin son həcci və onun minlərlə zəvvar qarşısındakı çıxışı |
632 |
11 |
Məhəmmədin ölümü |